Təhsil haqqını ödəməyən imkansız tələbələrə kredit veriləcək
Tarix: 06.06.2016 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Bu gündən Azərbaycanda aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli kreditlərin verilməsinə başlanılıb. Maarifçi Tələbə Kredit Fondunun (MTKF) icraçı direktoru Rüfət Mahmud deyib ki, tələbələr 6 - 15 iyun tarixlərində fonda müraciət edərək kreditləri əldə edə bilərlər. Fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbələrə ümumi tələblər qoyulub. R. Mahmud qeyd edib ki, tələblər müraciət edənin Azərbaycan vətəndaşı olması, təsisçi ali məktəblərdən birində təhsil alması, təhsilin davam etdirilməsi üçün maliyyə yardımına ehtiyacın olması, valideynlərin və özünün daha əvvəl aldığı kreditlər üzrə de-folt hadisələr baş verməməsindən ibarətdir: “Bəzi xüsusi şərtlər də var ki, hər il yenilənə bilər. Kredit bu il üçün yalnız bakalavr pilləsində təhsil alan tələbələr üçün müəyyənləşib. Tələbənin ümumi orta müvəffəqiyyət balı 71 baldan yuxarı olmalıdır. Tələbənin göstəriciləri növbəti illərdə aşağı olsa, o zaman onlara kredit verilməyəcək”.
R. Mahmud qeyd edib ki, fond təsis olunarkən ölkənin 10 ali məktəbi maddi sərmayə yox, qeyri-maddi töhfə verib. Hər bir universitet elmi şurasında tələbələrin sayını təsdiqləyib, ayrılan yerləri fonda sərmayə olaraq qoyub.
Maliyyə şərtlərinə gəlincə, fondun icraçı direktoru qeyd edib ki, kreditin maksimum faiz dərəcəsi 8% təşkil edir. Tələbələr üçün standart və güzəştli paketlər olacaq. Standart paketlərdə 8%-lik dərəcə götürülüb: “Güzəştli paketlərdə 6%-lik kredit məbləği nəzərdə tutulur. Kreditin müddətinə gəlincə, tələbə universiteti bitirəndən sonra 1 il güzəştli müddət alır və bu bir ildən sonra 10 il ərzində krediti geri qaytarır. Fondun maliyyə əməliyyatlarının agent bankı Kapitalbankdır. Gələcəkdə digər banklarla da əməliyyat aparmaq mümkün olacaq. Oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq. Bir tələbə hər bir il üçün maksimum 4000 min manat məbləğində şərti olaraq kredit ala bilər. Kreditin maksimum məbləği isə 20 min manatdır. Tələbə o pulu götürmür, fonddan birbaşa ali məktəbə ödənilir”.
R. Mahmud əlavə edib ki, tələbələr krediti almaq üçün hər il mütləq müraciət etməlidir. Onun sözlərinə görə, I kurs tələbələri kredit üçün müraciət edə bilməzlər. Çünki onların akademik göstəricisi qiymətləndirilməlidir. Tələbələr II kursdan kredit üçün müraciət edə bilərlər. Kredit qaytarılmasa, məhkəməyə müraciət edilə bilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info