Belaruslu səyyah separatçıların hiyləsinin üstünü açdı
Tarix: 06.06.2016 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ separatçıları işğal altında olan Azərbaycan ərazilərinə əcnəbilərin qeyri-qanuni səfərlərini gizlətmək üçün yeni varianta əl atıblar. 
APA-nın məlumatına görə, belaruslu səyyah Pavel Andreyevskinin Dağlıq Qarabağa səfəri ilə bağlı “telegraf.by” saytında dərc olunmuş yazısından aydın olur ki, erməni separatçıları artıq Dağlıq Qarabağa səfər edən əcnəbi vətəndaşların pasportlarına möhür vurmurlar. 
P. Andreyevski yazır ki, əvvəllər pasporta vurulan möhürə görə Azərbaycan şəxsin Dağlıq Qarabağa səfər etdiyini müəyyənləşdirə və asanlıqla respublika ərazisinə daxil olmasını qadağan edə bilirdi: "Bunun da qanuni əsasları var. Axı Dağlıq Qarabağ rəsmi olaraq Azərbaycanın işğal olunmuş ərazisidir. Sən əgər Azərbaycanın möhürü olmadan həmin əraziyə səfər edirsənsə, ölkə ərazisində qanunsuz girmiş olursan. Təbii ki, bilsələr, bu cinayət üçün səni Azərbaycandan deportasiya gözləyir”. 
Səyyah yazısında Dağlıq Qarabağın gəzməli yerləri barədə məlumat verib, daha çox Şuşadan bəhs edib. 
Xatırladaq ki, belaruslu gənc səyyah P. Andreyevski dünya səyahətinə çıxıb. Bir ildən çoxdur ki, o, avtostoplarla dünyanı gəzir, yerli sakinlərin evlərində qalır. Daha əvvəl də Dağlıq Qarabağa getdiyi üçün onun adı ötən ilin iyununda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxslər" siyahısına salınıb.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırıb
25.04.2019
Niderland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir
25.04.2019
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub
24.04.2019
Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər
24.04.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Yanla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info