Daha 25 əlil Türkiyəyə müalicəyə göndərildi
Tarix: 06.06.2016 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Ölkəmizdə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası məqsədilə görülən işlər sırasında onların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili mühüm yer tutur. Bu istiqamətdə tədbirlərin davamı olaraq,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən qeyd olunan şəxslərdən daha 25 nəfəri Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərilib. 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınan əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Əlilliyi olan şəxslər onların rifah halının yaxşılaşdırılmasına və bərpa-müalicələrinin təşkilinə göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan prezidentiİlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 
Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, əlilliyi olan şəxslərin rahat şəkildə qeyd olunan mərkəzə çatdırılması və 5 ulduz oteldə yerləşdirilməsi, bərpa-müalicə və digər müvafiq xidmətlərlə təmin edilmələri üçün lazımi təşkilati işlər görülüb. Bu işlərə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunub: “Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşayiəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşağın Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa-müalicəsi təşkil edilib. Cari ildə isə artıq 50 nəfər əlilliyi olan şəxs həmin mərkəzə göndərilib. Müalicə müəssisəsində peşəkar həkim-reabilitoloqların nəzarəti altında və təbii müalicəvi resurslardan istifadə şəraitində səmərəli bərpa-müalicə kursu tətbiq olunur”. 
S. Abdullayev qeyd edib ki, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicəsi ilə bağlı ölkə daxilində də məqsədyönlü işlər aparılır.  Nazirliyin 14 bərpa-müalicə müəssisəsində  hər il orta hesabla 8 min nəfərdən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti göstərilir. Şöbə müdiri ölkədə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması yönündə də mühüm addımların atıldığını diqqətə çatdırıb. 




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info