Suraxanıda tatar milli bayramı “Sabantuy” qeyd edilib
Tarix: 06.06.2016 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Suraxanı rayonunda, Heydər Əliyev parkında Azərbaycanda yaşayan tatar icması milli bayramları olan “Sabantuy” bayramını qeyd edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə əklil və tər güllər qoymuşlar.
Azərbaycan Respublikası, Rusiya Fedarasiyası və Tatarıstan Respublikasının dövlət himnləri səsləndirildikdən sonra milli bayram şənliyinə başlanıb.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bayram iştirakçılarını salamlamış və “Sabantuy”un rayonun Heydər Əliyev adına parkda keçirilməsinin artıq bir ənənə şəklini aldığını bildirmişdir. Barxudar Barxudarov xüsusi vurğulamışdır ki, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan və Tatar xalqlarının dostluğu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tatarıstan Respublikasının Sənaye və ticarət nazirinin birinci müavini Ruslan Kabirov Tatarıstan Respublikasının Prezidenti Rustam Minixanovun təbrik məktubunu bayram iştirakçılarının diqqətinə çatdırıb.
Bayran şənliyində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Oleq Muraşov, Milli Məclisin deputatı, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov xalqlarımız arasındakı dostluğu yüksək qiymətləndirmiş və bu birliyə uğurlar diləmişlər. Onlar bildirmişlər ki, “Sabantuy”un Azərbaycanda məhz tatarların çox yaşadığı Suraxanı rayonunda keçirilməsi bunun əyani sübutudur.
İncəsənət ustalarının iştirak etdiyi bayram şənliyi geniş konsert proqramı ilə davam edib. Gənclər tatar milli idman yarışlarında güclərini sınamış və qaliblər mükafatlandırılmışlar.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info