Rus dili olimpiadasının qalibləri mükafatlandırılıblar
Tarix: 06.06.2016 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


İyunun 6-da Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı üzrə VIII Respublika Olimpiadasına yekun vurulması və qaliblərin mükafatlandırılması münasibətilə təntənəli mərasim keçirilib. Bu il olimpiada “Rusiya Kinosu ili”nə, Azərbaycanda “Multikulturalizm ili”nə, Müstəqil Dövlətlər Birliyinin 25 illiyinə və MDB məkanında “Təhsil ili”nə həsr olunub.AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Azərbaycanın Təhsil Nazirliyi və Azərbaycan Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasıdır.Mərasimdə nazirlik və idarələrin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, ictimai və dini təşkilatların, Azərbaycanın elm və mədəniyyət qurumlarının, KİV-lərin nümayəndələri iştirak ediblər.Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin dahi rus şairi A.Puşkinin anadan olduğu 6 iyun tarixinin bütün dünyada Rus dili Günü kimi qeyd edildiyini bildirib. Olimpiadanın qaliblərini təbrik edən diplomat tədbirin təşkilatçılarına, müsabiqə iştirakçılarına və rus dilinə maraq göstərən hər kəsə minnətdarlığını bildirib. Vurğulanıb ki, Azərbaycanda rus dilinin öyrənilməsinə böyük maraq var və dövlət tərəfindən rus dilinin keyfiyyətli tədrisi üçün lazımi şərait yaradılıb.Təhsil nazirinin müavini Ceyhun Bayramov bilik yarışmasının qaliblərini təbrik edib, tədbirin təşkilini yüksək dəyərləndirib. Azərbaycan dilinin inkişaf tarixindən bəhs edən nazir müavini vurğulayıb ki, ölkəmizin müstəqilliyi bərpa edildikdən sonra ana dilimizin hərtərəfli təkmilləşməsinə böyük diqqət ayrılıb və bu, digər dillərin Azərbaycanda inkişafına əngəl törətmədən həyata keçirilib. O deyib: “Biz haqlı olaraq hər zaman Azərbaycanda dözümlülük və xoşniyyətli mühitin olması ilə fəxr etmişik. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda multikulturalizm artıq həyat tərzinə çevrilib. Bu baxımdan bugünkü tədbirin multikulturalizm ilində keçirilməsi də mühüm əhəmiyyət daşıyır. Yaşadığımız qloballaşma dövrü qonşu ölkələrin dillərini öyrənmək zərurəti yaradır”.Rusiyanın Azərbaycandakı Həmvətənlər İctimai Təşkilatlarının Əlaqələndirmə Şurasının sədri Boris Voronin, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev və digər çıxış edənlər bu cür bilik yarışlarının təşkilinin gənclərimizin intellektual potensialının zənginləşməsində mühüm rol oynadağını bildiriblər. Diqqətə çatdırılıb ki, əvvəlki illərlə müqayisədə olimpiadanın coğrafiyası genişlənib, iştirakçıların sayı çoxalıb. Bu da Azərbaycanda rus dili və ədəbiyyatına olan marağın artmasının parlaq nümunəsidir.Sonra olimpiadanın qalibləri mükafatlandırılıblar.
Tədbirdə rus dilində şeirlər və mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib.Qeyd edək ki, yarışmanın regional turları fevral-may aylarında 15 məkanda - Bakı, Sumqayıt, Quba, Masallı, Lənkəran, Qobustan, Şəki, Balakən, Şirvan, Gəncə, Tovuz, Mingəçevir, Ucar, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun İvanovka kəndində keçirilib. Müsabiqələrdə ölkəmizin 53 regionundan 347 Azərbaycan məktəbinin 7-8-ci siniflərində təhsil alan 1300-dən çox şagirdi iştirak edib.


Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info