Almaniya-Cənubi Qafqaz Parlamentlərarası Dostluq Qrupu: “BMT qətnamələri yerinə yetirilməlidir”
Tarix: 06.06.2016 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Almaniya Bundestaqında fəaliyyət göstərən Almaniya-Cənubi Qafqaz Parlamentlərarası Dostluq Qrupu Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprel ayında baş vermiş gərginliklə əlaqədar bəyanatla çıxış edib. 
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, TEAS-ın sorğusuna cavab olaraq verilən bəyanatda bildirilir ki, Parlamentlərarası Dostluq Qrupu bir neçə həftə bundan əvvəl Dağlıq Qarabağ regionunda zorakılıq hallarının yenidən baş qaldırması ilə bağlı dərin narahatlıq hissi keçirir: 
“Hazırda bölgədə baş verən zorakılıq hallarına mümkün qədər tez son qoyulmalıdır. Bu münaqişədə insan itkisinin miqyası həddən ziyadə çoxdur. Bu il Almaniya Federativ Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında sədrlik missiyasını həyata keçirir. Biz bu lazımsız insan itkilərini dayandırmaq üçün ATƏT və bu məsələ ilə məşğul olan Minsk Qrupu çərçivəsində çevik tədbirlərin  görülməsini tələb edirik. Münaqişə bölgəsində dramatik vəziyyətin səngiməsinə səmərəli töhfə vermək üçün bu il Almaniya geniş imkanlara malikdir. Ermənistan prezidenti ilə birgə mətbuat konfransında federal kansler Angela Merkel münaqişənin həllində Almaniyanın ATƏT-də sədrliyi çərçivəsində oynaya biləcəyi konstruktiv rolu bir daha təsdiqləyib. Parlamentlərarası Dostluq Qrupu federal kanslerin bu mövqeyini dəstəkləyir. BMT Baş Assambleyasının 822, 853, 874 və 884 saylı qətnamələrində vurğulanıb ki, hazırkı status-kvo beynəlxalq hüquq prinsipinə daban-dabana ziddir. Buna son qoyulmalı və qətiyyətlə pislənilməlidir. Parlamentlərarası Dostluq Qrupu Cənubi Qafqaz regionunda zorakılığa son qoyulması üçün bu qətnamələrin yerinə yetirilməsinin vacibliyini dəstəkləyir. Davamlı  atəşkəsə nail olunması danışıqlar masasına qayıtmaq üçün əsas tələbdir. Azərbaycan tərəfinin birtərəfli qaydada hərbi əməliyyatların dayandırılması haqda qərarı müsbət hal kimi dəyərləndirilməlidir. Hazırda atəşkəsə hər iki tərəf riayət etməlidir. Almaniya – Cənubi Qafqaz Parlamentlərarası Dostluq Qrupu davamlı sülh danışıqlarını dəstəkləmək üçün beynəlxalq vasitəçi kimi münaqişə iştirakçıları ilə aparılan danışıqlar prosesinə  qoşulmağa hazırdır. Cənubi Qafqaz ölkələrinin parlamentləri ilə əməkdaşlığın inkişaf etdirilməsindən əlavə, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət Parlamentlərarası Dostluq Qrupunu narahat edən ən ümdə məsələlərdən biridir. Biz sülh şəraitinin yaradılması prosesini gücləndirməyə çalışırıq. Baxmayaraq ki, bu, həddən artıq mürəkkəb bir prosesdir. Buna baxmayaraq, xüsusilə də ATƏT-də sədrliyimiz fonunda bu qəbuledilməz vəziyyətə tezliklə son qoyulması üçün vasitələr tapmaq bizim mənəvi vəzifəmizdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
23.01.2019
“Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri Milli Məclisdə olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info