Azərbaycan və Dağıstan alimləri görüşüb
Tarix: 06.06.2016 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunda Azərbaycan və Dağıstan alimlərinin görüşü keçirilib.Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası, “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə həyata keçirdiyi “Dərbənd xalçaçılığı” fundamental elmi layihəsinin nəticələri müzakirə edilib.“Azər-İlmə” Xalçaçılıq Mərkəzindən bildirilib ki, layihənin rəhbəri və təşəbbüskarı bu mərkəzinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Vidadi Muradov layihənin prinsipləri, aparılan ekspedisiya-çöl tədqiqatları haqqında məlumat verib. Alim qeyd edib ki, layihənin nəticələri «Дербентское ковроткачество: соистория культур» (“Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi”) kitabında əksini tapıb. Layihə çərçivəsində Rusiyanın Şərq xalqlarının incəsənəti Dövlət Muzeyi, Dövlət Tarix Muzeyi, Etnoqrafiya Muzeyi, Antropologiya və Etnoqrafiya Muzeyində, Dövlət Ermitajında və s. kimi məşhur muzeylərində qorunan Dərbənd bölgəsində toxunan qədim xalçalar da tədqiqata cəlb olunub.Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri namizədi Mahaç Musayev, tarix elmləri doktorları Camal Mustafayev, Məhəmmədxan Məhəmmədxanov, Nazim Məhəmmədov, tarix elmləri namizədləri Emil Kərimov, Qoşqar Qoşqarlı, Şərafəddin Məhərrəmov, filologiya elmləri doktoru Tehran Alışanlı, Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunun direktoru Əli İbrahimov və digərləri çıxışlarında layihənin aktuallığını qeyd edərək, onu Azərbaycan və Dağıstan alimlərinin ilk birgə nailiyyəti kimi yüksək dəyərləndiriblər. Görüşdə layihənin nəticələrinin təbliği, beynəlxalq miqyasda işıqlandırılmasına dair məsələlər, Dərbənd şəhərinin iqtisadi, ticari, mədəni, sosial tarixinin öyrənilməsində Azərbaycan və Dağıstan alimlərinin birgə fəaliyyət perspektivləri müzakirə edilıb, həmçinin “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” kitabının siqnal buraxılışına dair rəy və təkliflər səsləndirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info