Əcnəbilər “ASAN Viza” sistemi ilə elektron viza ala biləcəklər
Tarix: 06.06.2016 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birbaşa “ASAN Viza” sistemi ilə elektron viza ala biləcəklər. Bunun üçün Miqrasiya Məcəlləsində dəyişikliklər edilir. Dəyişikliklər Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 6-da keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər özləri birbaşa müraciət etməklə “ASAN Viza” sistemi ilə ən gec üç iş günü müddətində elektron viza ala biləcəklər.İclasda komitə sədri Əli Hüseynli bildirib ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron viza almaq üçün özləri birbaşa müraciət edə bilmir və bu proses turizm şirkətləri vasitəsi ilə həyata keçirilir. Dəyişiklikdən sonra isə həmin şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil edəcək və müraciətin qəbulu barədə müvafiq təsdiqnamə aldıqdan sonra qanunla müəyyənləşmiş məbləğdə dövlət rüsumunu da elektron qaydada ödəyəcək. Viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin poçt ünvanına göndəriləcək. Yaxud viza verilməsindən imtina edildikdə də şəxsə bu barədə məlumat veriləcək. Elektron viza pasporta yapışdırılmayacaq. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla və geri qayıdış bileti ilə təqdim olunacaq. Buraxılış məntəqəsində pasportda şəxsin ölkəmizə daxil olması və ərazini tərk etməsi barədə qeyd aparılacaq. Məlumat “Giriş-çıxış qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə real vaxt rejimində “ASAN Viza” sisteminə ötürüləcək.
Komitə üzvləri əcnəbilər və vətəndaşlığı olmayanların birbaşa elektron viza almaq imkanının ölkəmizə səfər edənlərin sayını artıracağını bildiriblər.
İclasda “Notariat” və “Daşınmaq əmlakın dövlət reyestri” haqqında qanunlara təklif olunan dəyişikliklərə də baxılıb və dəyərləndirilib. “Daşınmaq əmlakın dövlət reyestri haqqında” qanunun 18-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən aparılan notariat hərəkətləri sırasına biri də əlavə olunur. Belə ki, sahəsi beş hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, həmin torpaq sahəsinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri də təsdiqləyəcəklər. Komitə sədri bunun kənd təsərrüfatı sahəsində aparılan islahatların sürətlənməsinə, işin asanlaşdırılmasına xidmət edəcəyini vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info