Almaniya Rusiyanı rəqib hesab edir
Tarix: 07.06.2016 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


«Berlinin Moskvanı rəqib kimi görmək planları haqqında məlumat Rusiya tərəfindən kədər və narahatlığa səbəb olub». Bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Xəbər verildiyi kimi, bugünlərdə verilən məlumata görə, Almaniya dövləti milli təhlükəsizlik siyasəti idarəsi tərəfindən tərtib edilən «Ağ kitab»ı 2006-cı ildən bəri ilk dəfə yeniləməyə hazırlaşır.
Ölkənin Müdafiə Nazirliy tərəfindən 80 səhifəlik sənəddə təhlükəsizlik qüvvələri ilə bağlı bəzi düzəlişlər edilib. Ölkədə nəşr edilən «Die Welt» qəzetinin məlumatına görə, həmin düzəlişdə Moskva artıq tərəfdaş kimi deyil, rəqibi kimi təqdim edilir.
«Əgər doğrudan da «Ağ kitab»da ediləcək yeni düzəlişlər reallığa əsaslanarsa, bu təəssüf və narahatlığa səbəb ola bilər. Çünki söhbət burada Rusiyanın mövqe mahiyyətinin anlaşılmamasından, aşkar olmamasından gedir. Rusiyanın mövqeyi isə yaxşı məlumdur. Moskva Avropa ilə hər iki tərəf üçün faydalı əməkdaşlıq mühiti yaratmaq istəyir». Bu fikirləri də Peskov jurnalistlərə açıqlamasında bildirib.
«Bu mövqe hər hansı bir anlaşılmazlığa, bəlkə də bəzi yanlış məlumatlara əsaslanır. Almaniyanın belə bir addımı yeni qarşıdurma tədbirlərinin həyata keçirilməsinə səbəb ola bilər»-deyə, mətbuat katibi əlavə edib. .
Qeyd edək ki, bir müddət bundan əvvəl Beynəlxalq Əlaqələr Federasiya Şurasının Komitə üzvü İqor Morozov «Ağ kitabı» rəsmi sənəd kimi deyil, almanların xarici siyasət haqqında düşüncəsi kimi təqdim etmişdi. Bununla belə, o qarşı tərəfi real addımlar atmağa çağırıb.
«RİA Novosti»nin məlumatına görə, Rusiya Federasiya Şurasında Müdafiə və təhlükəsizlik komitəsi sədrinin birinci müavini Frans Klinseviç isə Almaniyanın bu addımının cavabsız qalmayacağını, Rusiyanın Berlinin bu addımına cavab verəcəyini bildirib. O, alman hökumətinin Moskvanı çoxdan bəri düşmən kimi qəbul etməyə əsas axtardığını da əlavə edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info