Xaricdə Azərbaycan haqqında həqiqəti əks etdirən məlumatlar yaymaq lazımdır
Tarix: 07.06.2016 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


“Azərbaycan-New York” Assosiasiyasının üzvü Əli Nəsibov diaspor təşkilatlarının vəzifələri ilə bağlı fikirlərini bölüşüb. O, həmçinin təmsil etdiyi qurumun Azərbaycan xalqının mədəni irsini ABŞ-da təbliğ etməklə əlaqədar fəaliyyəti barədə danışıb.
Ə.Nəsibov deyib: “İlk növbədə, azərbaycanlı uşaqların ana dilində təhsil alması, eləcə də milli mədəniyyət, adət-ənənələr, Azərbaycanın tarixi və coğrafiyası barədə məlumatları əldə etməsi üçün imkan yaradılması zəruridir. Bu məqsədlə şənbə və bazar günləri fəaliyyət göstərən xüsusi məktəb açmışıq”. Ə.Nəsibovun fikrincə, ABŞ-da güclü erməni lobbisinin mövcudluğunu nəzərə alaraq, ölkəmiz haqqında həqiqəti əks etdirən məlumatların yayılması üçün tədbirlər həyata keçirmək lazımdır. Həmin məqsədlə Nyu-Yorkda ingilis dilində qəzet nəşr olunub. Bu qəzetdə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi mövzuları işıqlandırılıb, eləcə də qondarma “erməni soyqırımı” ifşa edilib. Diaspor üzvünün sözlərinə görə, Nyu-York ictimaiyyətini Azərbaycan mədəniyyəti və ənənələri ilə tanış etmək üçün “Azərbaycan-Nyu-York” Assosiasiyasının təşəbbüsü ilə milli rəqs ansamblı yaradılıb. Ansamblın fəaliyyəti BMT-nin müvafiq strukturları tərəfindən təqdir edilib. Kollektiv dəfələrlə uyğun tematik tədbirlərə dəvət alıb. Ə.Nəsibov bildirib ki, Assosiasiyanın təşəbbüsü ilə 2011-ci ildə ilk dəfə Nyu-York və Vaşinqtonda Azərbaycan Dövlət Musiqili Komediya Teatrının qastrolları keçirilib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info