ANAMA minatəmizləmə əməliyyatlarını davam etdirir
Tarix: 07.06.2016 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağdam və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.
ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Şıxarx kəndində iki ev və həyətyanı sahəyə, iki otlaq sahəsinə, ümumilikdə 4 partlayış yerinə baxış keçirilib, iki ədəd partlamamış hərbi sursat (1 ədəd 37 millimetrlik top mərmisi və 1 ədəd 122 millimetrlik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 19 000 kvadratmetr ərazi yoxlanılıb. Cəmilli kəndində bir əkin və bir otlaq sahəsində ümumilikdə 6 partlayış yerinə baxış keçirilib və iki ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 9 000 kvadratmetr ərazi yoxlanılıb. Ağdam rayonunun Qaradağlı kəndində iki ev və həyətyanı sahə iki partlayış yerinə baxış keçirilib, bir ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) və bir ədəd 122 millimetrlik top mərmisinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 1 500 kvadratmetr ərazi yoxlanılıb. Füzuli rayonunun Horadiz şəhərində iki otlaq sahəsində iki partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1 140 kvadratmetr ərazi yoxlanılıb. Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində, Qar-Qar çayının sahilində bir ədəd TM-62M tank əleyhinə mina aşkar olunub, minanın daşınması mümkün olmadığı üçün iyunun 6-da yerində partladılması nəzərdə tutulur. Nəticə etibarilə aşkar olunmuş minanın ətrafındakı 3 000 kvadratmetr ərazi yoxlanılıb. Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyunun 5-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 577 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 498 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info