Polşada NATO-nun “Anakonda” hərbi təlimləri başlayır
Tarix: 07.06.2016 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


Polşada bu respublikanın tarixində ən genişmiqyaslı hərbi təlimlər - NATO-nun “Anakonda” təlimləri başlanır. Polşa Müdafiə Nazirliyinin məlumatına görə, “Anakonda-16” təlimlərində rekord sayda dövlət və əsgər iştirak edir.
Manevrlərə 24 ölkədən 31 min əsgər, o cümlədən Polşadan 12 min, ABŞ-dan 10 min, Böyük Britaniyadan minə yaxın hərbi qulluqçu cəlb edilib. Təlimlərdə 3 min vahid hərbi texnika, o cümlədən tanklar və zirehli transportyorlar, yüzdən artıq təyyarə və helikopter, 12 gəmi tətbiq olunacaq. Manevrlər Polşanın bütün poliqonlarında keçiriləcək. Polşa Müdafiə Nazirliyi bildirib: “Bu təlimlərin məqsədi qarışıq təhdidlər yaranması şəraitində birgə müdafiə əməliyyatı çərçivəsində milli komandanlıqla koalisiya komandanlıqlarının qarşılıqlı fəaliyyətini möhkəmlətməkdir”. “Anakonda” təlimləri çərçivəsində planlaşdırılan “Çevik cavab” (Swift Response) manevrləri zamanı ABŞ-dan Avropaya desant endiriləcək. Amerikanın Şimali Karolina ştatından olan hərbçilər Olştın və Torun yaxınlığındakı Polşa poliqonlarında yerə enəcək, sonra isə Polşada və qonşu ölkələrdə təlim vəzifələrini yerinə yetirməyə başlayacaqlar.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info