Vlosipedçimiz yarışı ikinci pillədə başa vurub
Tarix: 07.06.2016 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


Ukraynada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Grand Prix of İSD” yarışı Azərbaycanın U-23 yığması və "Synergy Baku" kontinental komandasının üzvü Samir Cəbrayılov üçün uğurlu nəticə ilə yadda qalıb.
Velosipedçimiz fəxri kürsünün ikinci pilləsinə qalxıb. 153 kilometr məsafəni Qazaxıstanın “Astana City” komandasının üzvü Nurbolat Kulimbekovla eyni vaxtda keçən S.Cəbrayılov rəqibindən azacıq geri qalıb və 2-ci nəticə göstərib - 3 saat, 25 dəqiqə, 24 saniyə. Finiş xəttini 3-cü və 4-cü keçənlər də "Astana City" komandasının üzvləri olub. "Synergy Baku" bu yarışda U-23 yığma komandamızın 4 üzvü ilə təmsil olunub. Digər 3 velosipedçimizin nəticələrinə gəlincə, Elgün Əlizadə 8-ci, İsmayıl İlyasov 20-ci, Kənan Qəhrəmanlı 25-ci yeri tutub. Ümumilikdə isə yarışda 19 komandanın tərkibində 104 velosipedçi start xəttinə çıxıb ki, onlardan da 21-i mübarizəni yarımçıq dayandırıb.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
14.01.2019
Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
14.01.2019
İspaniya La Liqası: “Barselona” “Eybar” üzərində böyük hesablı qələbə qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info