Yunanıstanda Azərbaycan Gəncləri Həftəsi
Tarix: 07.06.2016 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Yunanıstanda Azərbaycan Gəncləri Həftəsi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, 30 may - 6 iyun tarixlərində keçirilən tədbiri Azərbaycanın Yunanıstandakı Səfirliyi, Gənclər və İdman Nazirliyi, Krit bölgəsinin bələdiyyəsi və Pirey bələdiyyəsi təşkil edib. Tədbirlər Afina şəhəri, Krit bölgəsinin Xanya, Retimno, İraklion və Sitia şəhərlərində baş tutub.
Həftənin keçirilməsində əsas məqsəd iki ölkə arasında gənclər sahəsində əməkdaşlığı inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi, musiqi və rəqslərimizi xarici ölkədə təbliğ etmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Tədbir zamanı Gənclər və İdman Nazirliyinin xətti ilə Afinaya ezam edilən gənc musiqiçilər muğamlardan ibarət kompozisiya, “Cəngi”, “İgidlər”, “İnnabı”, “Naz eləmə” və digər milli rəqslərimizi nümayiş etdirib, Üzeyir Hacıbəyov, Tofiq Quliyev və digər bəstəkarlarımızın əsərlərini ifa ediblər.
Eyni zamanda gənc musiqiçilər Afina Konservatoriyasında əcnəbi musiqiçilər üçün “Azərbaycan milli musiqi alətləri” mövzusunda ustad dərsləri keçib, milli musiqi, rəqslərimiz, muğamlar haqqında geniş məlumat veriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq
24.03.2019
Türkiyə Mozambikə humanitar yardım göndərib
24.03.2019
Tailandda parlament seçkiləri keçirilir
24.03.2019
Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 115-ə çatıb
24.03.2019
Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi üçün 2,1 milyard dollar kredit verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info