Malena Mard: “Siyasi partiyaların maliyyə şəffaflığı vacib məsələdir”
Tarix: 07.06.2016 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Bakıda Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası/Avropa İttifaqının "Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması" layihəsi çərçivəsində "Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatının təqdim edilməsi" mövzusunda seminar keçirilib.
Seminarda MSK sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, siyasi partiyaların nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan M.Pənahov Azərbaycanda siyasi partiyaların fəaliyyətindən danışıb. O qeyd edib ki, siyasi partiyaların fəaliyyətinin təmin edilməsi üçün ölkədə lazımi şərait yaradılıb.
M.Pənahov bildirib ki, siyasi partiyalar hakimiyyət uğrunda mübarizə apardığı, xalqın maraqlarına xidmət etdiyi üçün onların fəaliyyətinin, xüsusən də maliyyə fəaliyyətinin şəffaf olması çox vacibdir.
Tədbirdə çıxış edən Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç təmsil etdiyi qurumun bu istiqamətdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib: "Azərbaycanda partiyaların maliyyə hesabatlarını təqdim etməsi ilə bağlı qanun qəbul edilib. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasına əlavə işçilər cəlb olunub. Biz də bu işdə öz töhfəmizi verəcəyik".
Sonra çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, siyasi partiyaların maliyyə şəffaflığı vacib məsələdir.
Onun sözlərinə görə, siyasi partiyalar demokratik cəmiyyətlərin təşkilatlanmasında mühüm rol oynayır: "Partiyalar bəzi ölkələrdə problemlərdə üzləşirlər. Burada maliyyə əsas yeri tutur. Bəzi dövlətlər bunu müəyyən qədər tənzimləyir. Bəzi yerlərdə bu, ürəkaçan deyil. Eyni zamanda, ümumi siyasi dəyərlərin formalaşaması baxımdan da partiyaların rolu böyükdür. Biz bu sahədə Azərbaycanla əməkdaşlıq edə bilirik".
Seminar müzakirələrlə davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info