Ən gözəl tələbəlik Qafqaz Universitetində yaşanır
Tarix: 07.06.2016 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində “Qafqazdan dünyaya” adlı 19-cu məzuniyyət proqramı keçirilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkələrimizin azadlığı, müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə tədbir açıq elan edilib.
Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç açılış nitqi ilə çıxış edib : “ Bu gün Qafqaz Universitetinin 19-cu Məzunları olaraq sizləri bir mütəxəssis, bir profesyanal şəxs olaraq işləmək və təhsilini davam etdirmək üçün Azərbaycan ictimaiyyətinə və dünyanın müxtəlif ölkələrinə göndəririk. Tələbəlikdən real həyata ilk addımlarınızı atırsınız. Qazandığınız bilik və bacarıqlarla həyatla üzləşməyə, qarşılaşacağınız çətinlikləri həll etməyə hazırsınız.
Əslində yaşamaq, yaşamağın haqqını verə bilmək böyük bir zövqdür. Şəxsimizə, ailəmizə, dostlarımıza, vətənimizə, insanlığa, hətta heyvanlar, bitkilər daxil olmaqla bütün kainata faydalı olmaq böyük bir xoşbəxtlikdir. Bu insan olmağımızın və insan kimi yaşamağımızın bir səbəbidir. Şərəfimizlə yaşamaq. İnsani dəyərlərin hədəflədiyi kamil bir insan olmaq. Aldanmamaq. Aldatmamaq. Prinsiplərimiz istiqamətində həyatımızı davam etdirmək. İşimizə və profesyonnallığımıza uyğun olaraq etdiyimiz işlərin çox, amma çox keyfiyyətli olması prinsipi ilə hərəkət etmək.
Gələcəyə ayaq uydurmaq. Bitmək tükənmək bilməyən öyrənmə eşqinə qovuşma.Daha yoxmu? Yoxmu? deyib kitabxanaları məskən, kitabları və səmərəli elektron portalları özümüzə dost etmək. Harada elmi-praktik konfrans olsa orada olmak. Həyat boyu öyrənmək. Zamanımızın sürətlə axdığının fərqində olmaq. Elmin məzmununun və müxtəlifliyinin sürətlə artdığının idrakında olmaq. Dünyanın yaşına nisbətdə çox da uzun olmayan həyatımızın içinə dünyaları, kosmosu, hətta qalaktikaları sığdırmaq.
Bilirəm. Sizlər də bilirsiniz. Bu qədər yükü bir insan daşıya bilməz. Müasir texnologiyadan istifadə edərək əməkdaşlıq etdiyimiz kollektivlə dayanmadan, səmərəli bir şəkildə çalışaraq bu ağır yükü daşıya bilərik. Nəticədə yenilik gətirən ideaları həyata keçirə bilərik. Ən müasir məhsulları istehsal edə bilərik. Gələcəyə və gələcək nəsillərə gözəl qapılar açabilərik.
Gənclik enerjiniz və cəsarətiniz, bilik və bacarıqlarınız sizləri hədəf seçtiyiniz limana çatdıracaqdır. Hamınız bizim övladlarımızsınız. İnsan övladlarının uğurunu gördükcə xoşbəxt olur. Sizlərin uğurlarını görmək bizim için ən böyük xoşbəxtlik olacaqdır. Unutmayaq ki hər birimiz Qafqaz Ailəsinin bir üzvüyük. Zamanından və yerindən aslı olmayaraq Qafqaz Universiteti hər zaman yanınızdadır. Yanınızda olmağa davam edəcəkdir.
Fürsətdən istifadə edərək, Qafqaz Üniversitetinin qurumasında xeyir duasını verən Ümummmilli Liderimiz Heydər Əliyevi Rəhmətlə yad edirəm. Hər zaman dəstəyini gördüyümüz başda Prezidentimiz Cənab İlham Əliyevə, eyni zamanda Təhsil Nazirliyi başda olmaqla bütün dövlət qurumlarına, Azərbaycan Xalqına, Qafqaz Universitetinin üst quruluşu olan Azəbaycan Beynəlxalq Təhsil Mərkəzinə, onun qurucularından olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, BP başda olmaqla hər zaman yanımızda olan özəl şirkətlərə, Azəbaycan Beynəlxalq Təhsil Kompleksinə, Qafqaz Üniversitetinin Rəyasət heyətinə təşəkkürlərimi ərz edirəm. Ayrıca, başda məzunlarımız olmaqla, siz dəyərli valideynlərimizi, professor müəllim heyətini, idari ve tekniki personalımızı təbrik edir, bu gözəl günümüzdə bizi yalnız qoymayan çox qiymətli dostlarımızı da minnətdarlıq hissi ilə salamlayıram. “
Məzuniyyət proqramında AMEA–nın Universitetlərin Dovlət qurumlarının Səfirliklərin Avropa birliyinin bakı ofisinin nümayəndələri iştirak edib.
Məzunlari təbrik üçün kürsüyə çıxan Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov məzunları Təhsil naziri Mikayıl Cabbarovun adından salamlayıb, təhsilə və gənclərə olan dövlət qayğısından danışıb. O qeyd edib ki, məzun olan bu gənclər bilik və bacarığını ölkəmizin inkişafına sərf edərək günü–gündən çiçəklənən Azərbaycanın inkişafında mühüm rol oynayacaqlar.

Abşeron rayon icra başcısının nümayəndəsi Hafiz Mikayılov məzunlara rayon icra hakimiyyətinin başcısı İradə Gülməmmədovanın salamını çatdırıb. O qeyd edib ki , məzunların Azərbaycan bayrağını dünya ölkələrində layiqli təmsil edəcəyinə inanır. Çünki Qafqaz Universiteti nəinki ölkəmizdə eləcədə dünyada hazırladığı məzunlarla fərqlənən universitetdir.
Çıxış edən digər natiqlər də tələbələri təbrik edib və onlara uğurlar arzulayıb. Onlar bildiriblər ki, Qafqaz Universiteti Azərbaycanda ilk kampusdur. Burada yüksək səviyyəli kadr hazırlamaq üçün münbit mühit formalaşıb. İş dünyası ilə qurulan əlaqələr sayəsində universitetdə ən yeni texnologiyalı laborotoriyalar mövcuddur ki, bu da ixtisaslı kadr hazırlığında və məzunların işlə təmin olunmasında önəmli amildir.
Məzunlara təbrik sözləri ilə yanaşı, onlara mükafatlar da təqdim olunub. Həmçinin təhsil aldıqları müddətdə qazanılan uğurlar qiymətləndirilib, universitet, fakültə, bölüm birinciləri müəyyən olunub. Mövcud olan ən yüksək balı -100 bal toplayaraq universitet birincisi olan İqtisadiyyat fakültəsi, Beynəlxalq münasibətlər , (ingiliscə) ixtisası məzunu Türkan Muxtarova da öz hisslərini ifadə edərkən hər kəsi duyğulandırıb, Qafqaz Universitetinə və onun müəllimlərinə olan sevgisini də dilə gətirib: “ Qəbul imtahanında yüksək bal toplayaraq Qafqaz Universitetini seçdim. Bu qərarım mənim gələcəyimi dəyişdi. 5 il öncə bu universitetə qeydiyyatdan keçmək üçün gələndə ən uğurlu məzunların adını “Məzun kötüyü”nün üzərində görmüşdüm. O zaman özümə sual etmişdim, görəsən mənim də adım bura yazıla bilərmi? Çox sevinirəm ki, bu arzum bugün gerçəyə çevrildi. Bunun üçün valideynlərimə, dəyərli müəllimlərimə , tələbə yoldaşlarıma və Qafqaz ailəsinə borcluyam. Burada keçirdiyimiz günləri unuda bilmərik. Çünki burada tələbəliyin nə olduğunu öyrəndik. Ən gözəl tələbəlik Qafqaz Universitetində yaşanır. Sizlərə söz verirəm ki, dünyanın hansı nöqtəsndə olmağımdan asılı olmayaraq Azərbaycan adını uca tutacam və mənə olan etimadınızı doğruldacam.”
Qeyd edək ki, bu il Qafqaz Universitetindən 534 tələbə bakalavr pilləsindən , 247 tələbə isə magistr pilləsindən olmaqla ümumilikdə 781 nəfər məzun olub.
1993-cü ildə müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin razılığı ilə fəaliyyətə başlayan Qafqaz Universiteti hər il olduğu kimi bu il də məzunlarını böyük qürurla yola salıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info