“İkinci bir erməni dövlətinin yaradılmasının təsəvvür olunması belə, mümkün deyil”
Tarix: 07.06.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


“BMT Nizamnaməsində, eləcə də ATƏT-in Helsinki Yekun Aktının prinsiplərində də aydın şəkildə deyilir ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi suveren dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulması hesabına həyata keçirilə bilməz. Odur ki, bu gün Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Ermənistana birləşdirilməsi və ya burada ikinci bir erməni dövlətinin yaradılmasının təsəvvür olunması belə mümkün deyil”.
Bu barədə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Vatikan Radiosuna müsahibəsində bildirib.
E. Əmirbəyov qeyd edib ki, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi-Fransa, ABŞ, Rusiya tərəfindən aparılan sülh prosesi mövcuddur və bu qrup münaqişənin Azərbaycanın və Ermənistanın qəbul edəcəyi həll yolunu tapmaqla məşğuldur: “Aprelin əvvəlindəki döyüşlər bir daha göstərdi ki, işğalın yaratmış olduğu bugünkü “status-kvo” qəbuledilməzdir və bu cür davam edə bilməz. 1994-cü ildən bəri regionda siyasi, iqtisadi, demoqrafik, hərbi güc nisbətinin dəyişdiyi də göz önündədir, durum 20 il bundan öncəki kimi deyil. Odur ki, Azərbaycanın öz ərazilərinin qanunsuz işğalına dözəcəyini düşünmək olmaz”.
Səfirin sözlərinə görə, mövcud “status-kvo”nun dəyişməsi üçün konkret addımlar atılmalıdır: “Öncə Dağlıq Qarabağ ətrafındakı bölgələr dərhal işğaldan azad olunmalıdır. Vasitəçilərin planına görə, əvvəlcə Ermənistan silahlı qüvvələri işğal olunan Qarabağ ətrafındakı 5 rayondan geri çəkilir, Azərbaycan ilə Ermənistan və eyni zamanda Türkiyə ilə Ermənistan arasında kommunikasiya vasitələri açılır, həmin 5 rayonun evlərini tərk etmiş məcburi köçkünlərinin geri qaytarılması prosesi başlayır və həm də bu ərazilərdə insanların təhlükəsizliyi təmin olunur. Burada söhbət BMT TŞ-nin bu ərazilərdə sülhü təmin etmək üçün mandat verdiyi ATƏT-in sülhün qorunması planından gedir. İkinci mərhələdə isə Laçın və Kəlbəcərrayonlarından erməni hərbi birləşmələrinin çıxarılması və Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirəcək dəhlizin parametrlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. Elə bu zaman Dağlıq Qarabağın müvəqqəti statusunun müzakirəsi başlanacaq”.
Sonda E. Əmirbəyov vurğulayıb ki, Dağlıq Qarabağın hər iki icmasının sülh şəraitində harmonik birgəyaşayışı təmin olunmalıdır: "Bir tərəfdə çoxluq təşkil edən ermənilər, digər tərəfdə isə azlıq təşkil edən azərbaycanlıların normal birgəyaşayış şərtlərinin təmin olunması ilə bir yerdə yaşaması tam mümkündür. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olsa da, tam dünyəvi bir dövlətdir və burada müxtəlif dinlər və müxtəlif etnoslar harmonik şəkildə bir yerdə yaşayırlar. Hesab edirəm ki, bir gün ermənilər də bu sülhdən bəhrələnərək digər millətlər kimi azərbaycanlılarla birgə yaşayacaqlar".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info