Salyanlı taxılçılar bu il sahələrdə bol məhsul yetişdiriblər
Tarix: 07.06.2016 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Salyan rayonunda taxıl biçininin mütəşəkkil başa çatdırılmasını təmin etmək, habelə fermərlərə dəstək məqsədilə hazırlıq işləri başa çatdırılıb. Bu məqsədlə rayon icra hakimiyyətində operativ qərargah yaradılıb, konkret vəzifələr müəyyənləşdirilib. Havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən salyanlı taxılçılar bu il sahələrdə bol məhsul yetişdiriblər. Yetişmiş məhsulu qısa müddətdə toplamaq üçün artıq Salyanda biçin kampaniyasına hazırlıq işləri başa çatdırılıb. Biçinə çıxarılacaq 40-dan çox kombayn texniki baxışdan keçirilib, aşkar olunan nasazlıqlar aradan qaldırılıb. Həmçinin məhsul yığımı üçün lazım olan digər maşın-mexanizmlər də hazır vəziyyətə gətirilib.Ötən ilin payızında rayonda bu ilin məhsulu üçün 21 min 74 hektar taxıl əkilib ki, bunun da 6 min 396 hektarını buğda, 14 min 679 hektarını isə arpa sahələri təşkil edir. Keçən il eyni zamanda, rayonda 63 min 693 ton taxıl istehsal olunmaqla, hər hektardan 32,3 sentner məhsul götürülüb. Mütəxəssislərin sözlərinə görə, bu il havaların yağışlı keçməsi salyanlı fermerlərin işinə müsbət təsir göstərib. Belə ki, yağış yağdığından taxıl sahələrinin suvarılmasına bir o qədər də ehtiyac qalmayıb. Digər tərəfdən də taxıl sahələrinə vaxtında mineral və üzvi gübrələr verilib. Ümumilikdə məhsuldarlığın orta səviyyəsinin 30-35 sentner olacağı gözlənilir.Rayon taxılçıları bu il 65 min ton taxıl istehsal etməyi qarşılarına məqsəd qoyublar. Məhsuldarlıq yüksək olduğundan qısa müddətdə sahələrdən 14 min 527 tona yaxın arpa yığılıb. Arpa biçini başa çatan kimi buğda yığımına başlanılacaq. Salyanlı fermerlər dövlət dəstəyindən yararlanaraq taxıl biçinindən sonra sahələrdə ikinci dəfə əkin aparmağı planlaşdırırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info