Azərbaycan dünyada dini tolerantlığın mərkəzinə çevrilib
Tarix: 07.06.2016 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Ağstafa şəhərindəki “Yazıçılar evi”ndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rayon icra hakimiyyəti ilə birgə “Multikulturalizm və tolerantlığın Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirib. Tədbiri rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq, tarixən Azərbaycanda ənənəvi dini icmaların fəaliyyət göstərdiyini və bu gün də hər bir kəsin öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirdiyini qeyd edib. Ölkəmizdə yüzlərlə məscid, kilsə və sinaqoq tikilib, yenidənqurma və əsaslı təmir işləri aparılaraq dindarların istifadəsinə verilib. Prezident İlham Əliyevin ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istriqamətində atdığı addımlar Azərbaycanı dünyada dini tolerantlığın mərkəzinə çevirib.Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı çıxış edərək bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər çıxışlarında tolerantlığın, birgəyaşayış mədəniyyətinin İslam dininin və Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu dəfələrlə bildirib.Tədbirdə çıxış edən natiqlər dövlətimizin daim bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışaraq yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info