“Almaniya Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına üzv olmaqda dəstəkləyəcək”YENİLƏNİB
Tarix: 07.06.2016 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan-Almaniya biznes-forumu öz işinə başlayıb.Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, forumu giriş sözü ilə açan Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel forumun keçirilməsindən məmnun olduğunu bildirib.
Almaniyanın Azərbaycanda çoxlu sayda şirkətlərlə təmsil olunduğunu bildirən nazir, xüsusilə "Siemens" şirkətinin Azərbaycanda fəaliyyətini qeyd edib: "Bizim şirkətlər əsasən enerji, eləcə də ixrac və maşınqayırma sahələrində əməkdaşlıq edirlər. Biz çox istərdik ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olsun".Z.Qabriel Azərbaycanı bu məsələdə dəstəkləyəcəklərini diqqətə çatdırıb.Azərbaycanın investisiya üçün əlverişli ölkə olduğunu bildirən nazir ölkədə sabitliyin və təhlükəsizliyin qorunmasının əsas şərt olduğunu vurğulayıb.Azərbaycanın Dağlıq Qarabağ kimi probleminin olmasından böyük təəssüf hissi keçirdiyini bildirən Z.Qabriel münaqişənin sülh yolu ilə həllinə dəstəklədiklərini nəzərə çatdırıb. O, hazırda Almaniya xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri kimi məsələnin həllinə çalışdığını və bu istiqamətdə səy göstərdiyini bildirib: "Biz ötən ay Vyanada keçirilmiş görüşə böyük ümidlər bəsləyirik və danışıqlar prosesinin davamlı olmasını istəyirik. Biz Azərbaycana güclü tərəfdaşlıq təklif edirik və ümid edirik ki, bu forum gələcək əməkdaşlığımıza öz töhfəsini verəcək".




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20.06.2019
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
20.06.2019
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
19.06.2019
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
19.06.2019
Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info