“Universitet və iaşə obyektlərində siqaretə qadağa qoyulsun”
Tarix: 07.06.2016 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


"Bu gün gənc nəslin siqaretlə bağlı çox ciddi problemləri var. Biz məsuliyyətimizi dərk edərək buna qarşı tədbirlər həyata keçirməliyik".Bunu Trend-ə açıqlamasında Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib.Komitə sədri qeyd edib ki, statistikaya görə Azərbaycanda əhalinin 40-60 faizi siqaret çəkir: "Əlbəttə bu rəqəmlər bizim üçün təssüfləndirici haldır. Gənclər arasında bu zərərli vərdişin yayılmasının, bəzən azyaşlı uşaqların siqaret çəkdiyinin şahidi oluruq. Düşünürəm ki, bu sahədə sərt qanunvericiliyə ehtiyac var".Qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlərin olduğunu nəzərə çatdıran F.Muradov bildirib ki, bütün bunların bir araya toplanılaraq siqaretin qadağası ilə bağlı ümumi bir qanunun qəbul edilməsinin tərəfdarıdır. "Əlbəttə, burada kiminsə hüquq və azadlığının məhdudlaşdırılmasından söhbət getmir. Əksinə, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycana siqaretlə bağlı sərt qanunun olması insanların hüquqlarının qorunması, həmçinin bu zərərli vərdişin təbliğinin qarşısının alaınması üçün zəruridir. Bağçaların, məktəblərin, universitetlərin daxilində və həyətlərində, həmçinin turizm və iaşə obyektlərində siqaret çəkməyə qadağa və yüksək cərimələr tətbiq olmalıdır".
Dünya praktikasında bəzi ölkələrdə hətta siqaretin çəkilməsi üçün az sayda yerlərin olduğunu diqqətə çatdıran Komitə sədri onu da əlavə edib ki, bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi daha əhəmiyyətlidir. "Qanunvericiliklə yanaşı maarifləndirmə lazımdır. Daha çox televiziyalarda siqaret əleyhinə sosial reklamların çəkilərək verilməsi, həmçinin siqareti tərgitmək istəyənlər üçün tibbi və psixoloji mərkəzlərin yaradılması və genişləndirilməsi vacibdir. Həmçinin asudə vaxtın səmərəli təşkili, xüsusən də idman sahəsinə gənclərin yönləndirilməsi olmalıdır. Ölkəmizin demək olar ki, bütün bölgələrində idman kompleksləri var və fəaliyyət göstərir. Əvvəlcə ailədə valideynlər, eyni zamanda gənclər təşkilatları, QHT-lər bu istiqamətdə daha fəal olmalı, gəncləri doğru yönləndirməlidirlər. Düşünürəm ki, kompleks şəkildə yanaşılsa, bu problemin həlli istiqamətində müsbət irəliləyişlər əldə edə biləcəyik".




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info