“Təkcə Rusiyadan deyil, həmçinin Türkiyə, İsrail, Belarus və İrandan silah alırıq”
Tarix: 07.06.2016 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


“Rusiya Azərbaycanla qonşu, dost ölkədir. Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur”.
Bunu Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
İ. Əliyev bildirib ki, Azərbaycanın Rusiya ilə təhlükəsizlik, nəqliyyat, ticarət sahəsində yaxşı münasibətləri var: “Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur”.

Azərbaycan prezidenti qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir: “Azərbaycan təkcə Rusiyadan deyil, həmçinin Türkiyə, İsrail, Belarus və İrandan silah alır. Çünki biz silahlı qüvvələrimizi müasirləşdirməliyik. İşğal altında olan və çətin geosiyasi konfiqurasiyada yerləşən dövlət bunu etməlidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Biz Rusiyanın burada rolunu pozitiv qiymətləndiririk. Ümid edirik ki, Rusiya, Fransa və ABŞ bütün potensialından istifadə edərək Ermənistanı ona məxsus olmayan torpaqlardan çıxmağa inandıracaq”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info