Professor Fərman İsmayılovun yubileyi qeyd edilib
Tarix: 07.06.2016 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Şəkidə Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Fərman İsmayılovun 80 illik yubileyi qeyd edilib.“Shaki Palace” otelində keçirilən tədbirdə şəhər rəhbərliyi, millət vəkilləri, Bakı Dövlət Universitetindən gələn nümayəndələr, ziyalılar iştirak edib.Tədbirdə çıxış edənlər tanınmış alim Fərman İsmayılovun həyat yolu və elmi nailiyyətləri barədə geniş məlumat verib, onu yubileyi münasibətilə təbrik ediblər.
1936-cı ildə Şəki rayonunda anadan olmuş Fərman İsmayılov zəngin bir həyat yolu keçmişdir. 1962-ci ildə M.F.Axundov adına Dillər İnstitutunun ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra ingilis dili kafedrasında müəllim, baş müəllim işləyib. 1970-1974-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunun fəlsəfə kafedrasında dosent vəzifəsində çalışıb, iki dəfə Nəsimi rayon sovetinə deputat seçilib. 1970-cı ildə “Adi dil və fəlsəfə” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.1974-1976-ci illərdə baş elmi işçi kimi Moskvaya ezam edilib. 1977-1991-ci illərdə BDU-nun fəlsəfə kafedrasında dosent vəzifəsində çalışıb. 1991-2001-ci illərdə BDU-nun Şəki filialının direktoru işləyib. 1996-cı ildə “İdrak nəzəriyyəsi və linqvistik analiz” movzusunda doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildən professordur. 14 monoqrafiyanın, 30 məqalənin müəllifidir. Müasir Qərb fəlsəfəsinə dair Azərbaycanda ilk elmlər doktorudur. Ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakmiyyətinin başçısı Elxan Usubov, millət vəkilləri akademik Nizami Cəfərov, fəlsəfə doktoru Cavanşir Feyzeyev, Bakı Dövlət Universitetinin professorları İsmayıl Əliyev, Hikmət Əlizadə, dosent Hüseyn Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialının direktoru, riyaziyyat elmləri doktoru Rafiq Rəsulov, filialın baş müəllimi, şair-dramaturq Vaqif Aslan, “Şəki” qəzetinin redaktoru, əməkdar jurnalist Akif Salam və başqaları Prezident İlham Əliyevin ölkədə elmin və təhsilin inkişafına çox böyük diqqət və qayğı göstərdiyindən danışmış, Şəkidə də ziyalıların, elm və sənət adamlarının diqqətdən kənarda qalmadığını bildirmişlər. Sonda yubilyara Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərinə görə və anadan olmasının 80 illik yubileyi münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələr təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info