“Stop Metsamor” kampaniyasına qoşulanların sayı artır
Tarix: 07.06.2016 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Ermənistanda yerləşən və region üçün əsl təhlükə mənbəyi olan Atom Elektrik Stansiyasının (AES) bağlanması ilə əlaqədar “Stop Metsamor” kampaniyasına başlanılıb. Artıq sözügedən kampaniyaya ölkə daxilində və xaricindəki diaspor təşkilatları da ciddi dəstək verirlər. Məsələ ilə bağlı mətbuata açıqlama verən Azərbaycandakı yəhudi diasporunun önəmli simalarından biri, BMT-nin insan haqları üzrə eksperti Aleksander Şapiro-Suliman bildirib ki, yəhudilər “Stop Metsamor” kampaniyasında aktiv iştirak etməyi planlaşdırırlar: “Bununla bağlı ciddi planlarımız var. İyul-avqust ayında bir qrup azərbaycanlı jurnalistin İsrailə səfərini planlaşdırırıq. Onların yalnız İsrail deyil, bütövlükdə Yaxın Şərq mediası ilə sıx təmas qurmasını təmin edəcəyik. Əsas məqsədimiz odur ki, sözügedən AES-in region üçün hansı təhlükə kəsb etdiyini dünya ictimaiyyətinin, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin diqqətinə çatdıraq. Xatırladım ki, ötən ay İsraildən də 14 jurnalist Azərbaycana səfər etmişdi. Onlar çalışdıqları media orqanlarında Azərbaycan həqiqətlərini dünyaya çatdırdılr.”
Qeyd edək ki, istismar müddəti bitmiş Metsamor AES-də qəza baş verəcəyi təqdirdə, Ermənistanın özü də daxil olmaqla geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı fəsadlarla üz-üzə qalacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info