Ara Papyan: “Ermənistana qarşı inamsızlıq mövcuddur”
Tarix: 08.06.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


İşğalçı ölkənin maliyyə nazirinin müavini: “Ermənistanın
xarici ticarət dövriyyəsi 2015-ci ildə 20 faiz azalıb”

"Modus Vivendi" mərkəzinin rəhbəri Ara Papyana görə, Avropa Birliyi ilə Ermənistan arasında münasibətlərin mürəkkəbliyi iki amillə bağlıdır. Bu, Ermənistanda siyasi inamsızlıq və Avrasiya İqtisadi Birliyi çərçivəsindəki ziddiyyətlərdir.
Mərkəz rəhbərinə görə, Ermənistanda ciddi inamsızlıq hissi var: “Məsələ ondadır ki, Ermənistan 4 il ərzində Avropa Birliyi ilə danışıqlar apardı. Yekun kimi sənədlərin imzalanması gözlənilsə də, Ermənistan bundan imtina etdi. Ona görə də, etimad çatışmazlğı var”. Ara Papyan “Tert.am” saytına deyib ki, bütün bunlardan sonra Avropa Birliyi nümayəndələri bildirdilər ki, Ermənistanın qərarına hörmət edirlər və İrəvan AB-nin maraqlarını təmsil etməkdə davam edir: “Mən bununla razı deyiləm. İkitərəfli münasibətlərdə xeyli problemlər mövcuddur. Hesab edirəm ki, gec və ya tez Avropa Birliyi ilə də sənəd imzalanacaq. Lakin mənim üçün qaranlıq görünən bu sənədə hansı yeni nüansların daxil ediləcəyidir. Bizim üçün önəm kəsb edən yalnız imzalanaca, sənəd deyil, bu sənədin məzmunudur”. Bundan əvvvəl belə bir sənədin mövcud olmadığını xatırladan Papyan ehtimal edilən sənəddə Ermənistanın təhlükəsizlik məsələsinin qeyd olunmasını xüsusi olaraq xatırladıb. Onun sözlərinə görə, Ermənistanla əlaqələri inkişaf etdirmək istəyən hər bir ölkə mütləq təhlükəsizlik məsələsini də ilk olaraq nəzərə almalıdır. Qeyd edək ki, Ermənistan artıq öz iqtisadiyyatını xilas etmək üçün saman çöpündən belə, tutmağa hazırdır. Hələ bir müddət bundan əvvəl Avropa Birliyinin “Şərq tərəfdaşlığı” ilə bağlı Ermənistanla apardığı danışıqlarda bu ölkəni əmin etmişdi ki, bu proqram iştirakçı ölkələrdə islahatların aparılmasına yönələcək. Bundan şirniklənən Ermənistanın qarşısında isə ya Avropa Birliyini, ya da Rusiyanı seçmək tələb kimi qoyulmuşdu. Öz seçimini edən Ermənistandakı vəziyyət isə göz önündədir. İşğalçı ölkənin maliyyə nazirinin müavini Atom Candjuqazyanın son açıqlamasına görə, Ermənistanın xarici ticarət dövriyyəsi 2015-ci ildə təxminən 20 faiz azalıb. Belə ki, ölkədə ixracat dollar baxımından 3,9, idxal isə 26,5 faiz azalıb. Dövlət isə ölkə iqtisadiyyatına mənfi təsiri yumşaltmaq üçün vergi siyasətini stimullaşdırmağa çalışır. Bununla belə, ölkədəki özəl sektorda istehlak 8,9 faiz azalıb. Xatırladaq ki, 2015-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4 milyard 740,9 mln. dollar təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 20.6 faiz aşağı göstəricidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info