Aleksandra Rıbinskaya: “Fransada vətəndaş müharibəsi alovlana bilər”
Tarix: 08.06.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Fransa multikulturalizmlə bağlı 10 illərlə sürən uğursuz siyasətin əvəzini ödəyir”
“Nowa Konfederacja” və “Polityce.pl” internet saytlarının jurnalisti Aleksandra Rıbinskaya hazırda Fransada baş verənlərlə bağlı “inosmi.ru” saytına müsahibə verib. Müsahib bildirib ki, Fransa multikulturalizmlə bağlı 10 illərlə sürən uğursuz siyasətin əvəzini ödəyir: “Bununla bağlı heç bir islahat aparılmayıb. Həmkarlar ittifaqları isə öz mövcudluqlarının mənalarını nəyin bahasına olursa-olsun, sosial nailiyyətlərin qorunmasında görürlər. Status-kvonun dəyişdirilməsinə yönəlmiş istənilən cəhd isə etirazlarla qarşılanır. Fransa daxildən “bağlanıb”, o, özünün iqtisadi və sosial modelini qloballaşma şərtləri çərçivəsində qura bilmir.

“Fransa cəmiyyətində olan sosial, dini və etnik təfriqələr daha da dərinləşməkdədir”

Fransız elitalar dəyişikliklərə qarşı müqavimət göstərir, bu isə iqtisadi böhrana və beynəlxalq arenada mövqe itirilməsinə aparır. Dövlət xərclərinin 56 faiz olması, yüksək işsizlik səviyyəsi, iqtisadiyyat və vergi sisteminin boğulan artımı: bütün bunlar Fransa dövlətinin xüsusiyyətlərinə çevrilib. Fransada immiqrant qəsəbələrində isə artıq çoxdandır paralel cəmiyyətlər formalaşıb.
Burada məskunlaşanların qorxusundan, həmin qəsəbələrə polis, təcili yardım, yanğınsöndürənlər getmir. Marin Le Penin bildirdiyi kimi, ictimai məkanlar miqrantlar tərəfindən zəbt olunub və onlar orada nümayişkaranə şəkildə ibadətlər etməklə, sanki bu yerlərin onlara məxsus olduqlarını göstərmək istəyirlər. Yeri gəlmişkən, belə bir təcrübə artıq Avropada yayılmağa başlayıb. Az öncə bu hal Londonda da müşahidə edilmişdi.

Fransa multikulturalizmlə bağlı uğursuz siyasət nümunəsidir, amma digər Avropa Birliyi ölkələri də bu baxımdan eyni problemlə üzləşiblər. Müasir Avropaya baxanda, demək olar ki, immiqrantların inteqrasiya modellərindən heç biri işləməyib - nə almanların qastarbayter modeli, nə fransızların dünyəvi dövlətçiliyi, nə də Britaniya variantı.

Fransa məbədləri isə boş haldadır və ya kitabxanalara və diskotekalara çevrilirlər. Əgər katolisizm ölkənin hansısa yerində mövcuddursa, bu cür yerlər yalnız ucqar əyalətlər ola bilər.
Fransız əhalinin daşıdığı dəyərlərə müsəlmanlar tamam biganədir: onlar islam identikliyinin təsirindən qurtara bilmirlər”.
Bundan başqa, müsahibədə qeyd edilir ki, Fransa cəmiyyətində olan sosial, dini və etnik təfriqələr daha da dərinləşməkdədir. Bunun hara aparacağını indidən demək çətin olsa da, ölkənin sosial və iqtisadi dezinteqrasiyasından çox tex-tez danışırlar.
Fransa multikulturalizmlə bağlı uğursuz siyasət nümunəsidir, amma digər Avropa Birliyi ölkələri də bu baxımdan eyni problemlə üzləşiblər. Müasir Avropaya baxanda, demək olar ki, immiqrantların inteqrasiya modellərindən heç biri işləməyib - nə almanların qastarbayter modeli, nə fransızların dünyəvi dövlətçiliyi, nə də Britaniya variantı. İndi iş o yerə gəlib ki, müsəlmanlar onları qəbul edən ölkələrdə hüquq-nizam diktə edirlər. İnteqrasiya arzusunda olmamaq islamla Qərb dünyası arasında yenidən alovlanan konfrontasiya fonunda daha da güclənir. Qərb müsəlmanlar üçün həmişə amoral, nihilist və tanrısız olub. Onları Qərbdə liberal demokratiya yox, inkişaf etmiş sosial dəstək sistemi cəlb edir”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info