“Türkiyənin türk dünyası ilə yeganə torpaq sərhədi məhz Naxçıvanladır”
Tarix: 08.06.2016 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


“Bu gün Naxçıvan Muxtar Respublikasına gələn hər kəs kimi mən də təəccüblənirəm. Hər tərəfdə abadlıq, gül-çiçək, yaşıllıq, gözəl və yaraşıqlı binalar var. Muxtar respublikanın şəhər və kəndlərində yüksək infrastruktur yaradılıb”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində iyunun 2-7-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan Türkiyənin görkəmli hərb və dövlət xadimi Kazım Qarabəkirin qızı, qardaş ölkədə fəaliyyət göstərən Kazım Qarabəkir Paşa Vəqfinin sədri Timsal Qarabəkir deyib. Timsal Qarabəkir bildirib ki, burada Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Ərtoğrol Cavidin xatirəsinə həsr edilmiş “Yaradan ömrün faciəvi sonluğu” adlı rəsm sərgisinin açılışında və Naxçıvan Dövlət Universitetində “Əsrin sınaqlarında ədib və paşa - Hüseyn Cavid və Kazım Qarabəkir” mövzusunda keçirilən konfransda, “Ərtoğrol Cavid yaradıcılığı” adlı ədəbi-bədii tədbirdə iştirak edib: “Naxçıvanlı gənclərin qədim tariximizə, keçmişimizə olan marağı məni çox sevindirdi. Muxtar respublikada gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi yüksək səviyyədə təşkil olunub. Qısa ömür yaşayan, lakin çox böyük əsərləri bizə yadigar qoyan Ərtoğrol Cavidin xatirəsini anarkən istedadlı gənclərin çıxışları, fəallığı məni heyran etdi”. Qədim Naxçıvanın türk dünyasının müqəddəs məkanlarından biri olduğunu deyən Timsal xanım qeyd edib ki, ötən əsrin əvvəllərində Anadoluda yaşanmış faciələrin eynisi həmin dövrlərdə Naxçıvan ərazisində də baş verib. Ermənilər bu bölgədə də kütləvi qətllər törədib, türk yurdunu işğal etməyə çalışıblar. Ancaq unudublar ki, Naxçıvanın igid oğulları var, bu yurdu öz doğma vətəni kimi sevən türkiyəli qardaşları var. Məhz qardaşlıq duyğularından güc alan Kazım Qarabəkir Paşa Şərqi Anadolunu düşmən işğalından azad etdikdən sonra Naxçıvanı da xilas etmək üçün bura gəlib, böyük xidmətlər göstərib. Xalqlarımızın tarix boyu həmrəylik nümayiş etdirdiyini deyən Kazım Qarabəkir Paşa Vəqfinin sədri qardaş ölkələrin kədərinin də, sevincinin də daim bir olduğunu vurğulayıb. Bildirib ki, 1915-ci ildə Çanaqqala savaşında Azərbaycandan olan yüzlərlə könüllü Türkiyə uğrunda canlarını fəda ediblər. Bir müddət sonra isə Kazım Qarabəkirin rəhbərliyi ilə yüzlərlə türk əsgəri Naxçıvan uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər. 1918-ci il sentyabrın 15-də Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəticəsində paytaxt Bakı şəhəri erməni daşnaklarından xilas olunub: “Bu məqamda mən Mustafa Kamal Atatürkün Nəriman Nərimanova borc pulun ödəniləcəyi barədə dediyi sözləri və Nəriman Nərimanovun ona cavabını yada salmaq istəyirəm. O deyib ki, qardaşın qardaşa borcu olmaz. Bəli, Türkiyə ilə Azərbaycan qardaşlığı da məhz belədir. Biz bir-birimiz üçün əlimizdən nə gəlirsə, onu edirik. Gələcəkdə də qardaşlıq bağlarımız daha da güclənərək davam edəcək. Biz bir millətin iki dövlətiyik. Bir-birimizə candan bağlıyıq. Naxçıvan isə türk dünyasında xüsusi yerə malikdir. Türkiyənin türk dünyası ilə yeganə torpaq sərhədi məhz Naxçıvanladır”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info