Güləşçilərimiz Dünya Kubokunda qüvvələrini sınayacaqlar
Tarix: 08.06.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Los-Ancelesdə böyüklər arasında sərbəst güləşi üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasından verilən xəbər görə, dünya kuboku yarışları iyunun 11-dən 12-dək davam edəcək. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə “B” qrupunda mübarizə aparacaqlar. “A” qrupunda isə Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayacaq. Yarışda yığma komandanın məşqçisi Sadruddin Ayqubovun rəhbərliyi altında 10 güləşçimiz iştirak edəcək. Heyətdə Mahmud Məhəmmədov (57 kq), Cahid Həsənzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Səid Həmidov (125 kq) yer alıb. Yarışın proqramına əsasən, iyunun 11-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək. Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info