ADPU-da yaz imtahan sessiyasının monitorinqi aparılıb
Tarix: 08.06.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2015-2016-cı tədris ilinin yaz imtahan sessiyasının monitorinqi aparılıb.
ADPU-nun rektoru vəzifəsini icra edən, professor Malik Cəbrayılov təhsil naziri Mikayıl Cabbarovun bu il mayın 20-də “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmr imzaladığını diqqətə çatdırıb, universitetdə imtahanların təşkili barədə məlumat verib. Qeyd olunub ki, yaz semestri üzrə imtahan sessiyasının Təhsil Nazirliyinin hüquqi-normativ aktlarına uyğun şəffaf, obyektiv və müvəffəqiyyətlə keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri, eləcə də ADPU-ya qoşulmuş Azərbaycan Müəllimlər İnstitutunun və onun filiallarının müvafiq struktur bölmələri qarşısında konkret vəzifələr qoyulub. İmtahan sessiyasının gedişində yarana biləcək münaqişə və şikayətləri həll etmək üçün universitetdə tanınmış və təcrübəli pedaqoq-alimlərdən ibarət imtahan qərargahı yaradılıb. Test sualları vaxtında hazırlanaraq “İnformasiya-kommunikasiya texnologiyaları, monitorinq və qiymətləndirmə Mərkəzi”nə təqdim edilib və universitetin internet saytında yerləşdirilib. İmtahan cədvəlləri həmin mərkəz tərəfindən tərtib olunaraq təsdiqlənib. Test sualları təkmilləşdirilib, onların keyfiyyəti xeyli yaxşılaşdırılıb. Qeyd olunub ki, yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun internet saytında yerləşdirilir. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımı şəraitin yaradıldığını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info