İcbari tibbi sığortanın tətbiqində tibb müəssisələrinin rolu
Tarix: 08.06.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Tibb Müəssisələri Assosiasiyası tərəfindən “Tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığı və keyfiyyətli tibbi xidmətin təşkili” mövzusunda konfrans keçirilib.
Konfransda paytaxtda fəaliyyət göstərən özəl və dövlət tibb müəssisələrinin rəhbərləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, özəl tibbi sığorta şirkətlərinin, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və ictimai birliklərin nümayəndələri, Milli Məclisin səhiyyə komitəsinin üzvləri və beynəlxalq ekspertlər iştirak edirlər. Konfransda Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının yaranma tarixi, məqsədləri, fəaliyyət planı və qurumun tibb müəssisələrinin inkişafındakı rolu və qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında məlumat verilib. Həmçinin yerli və beynəlxalq ekspertlər “Azərbaycan Tibb Müəssisələri Assosiasiyası haqqında təqdimat”, “Tibb müəssisələrinin qarşılıqlı əməkdaşlıq perspektivləri”, “Tibbi xidmətin keyfiyyət standartları və keyfiyyətli tibbi xidmətin təşkili”, “İcbari tibbi sığortanın həyata keçirilməsində tibb müəssisələrinin rolu”, “Tibb müəssisələrində pasiyent təhlükəsizliyi sisteminin təşkili”, “Tibb fəaliyyətinin və tibbi sənədləşdirmənin hüquqi aspektləri” mövzularında məruzələrlə çıxış ediblər. Azərbaycan Tibb Müəssisələri Assosiasiyası özəl və dövlət tibb müəssisələrini könüllülük əsasında birləşdirən müstəqil, ictimai birlikdir. Azərbaycanda bütün tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığını təmin etməklə əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərmək assosiasiyanın əsas missiyasıdır. Assosiasiya tibb müəssisələri ilə dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında sıx əməkdaşlığın qurulmasına yaxından kömək göstərir. Səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, islahatların, milli sağlamlıq layihələrinin hazırlanması və həyata keçirilməsi prosesində tibb müəssisələrinin iştirakına kömək edir. Assosiasiyaya üzv olmaqla hər bir tibb müəssisəsi “Üzvlük üstünlükləri”ndən, eləcə də assosiasiyanın təsis etdiyi Tibbi Hüquq və Etika Mərkəzi, Tədris və Təlim Mərkəzi, Marketinq və Menecment Mərkəzi, Layihələr Mərkəzinin fəaliyyətindən faydalanacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info