“ASAN ödəniş” sistemindən daha bir yenilik
Tarix: 08.06.2016 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


İnzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişlərin həyata keçirilməsini nəzərdə tutan www.asanpay.az portalı yenilənərək, bir sıra yeni funksiyalar əlavə olunub.Portaldan bildirilib ki, yeni funksiyalardan biri “ASAN ödəniş” portalı vasitəsilə vətəndaşın cari vaxta cəriməsinin olub-olmaması barədə çıxarışı əldə edə bilməsidir. Bunun üçün www.asanpay.az portalı üzərindən şəxsi kabinetdə “Çıxarışlar” bölməsinə daxil olmaq kifayətdir.“ASAN ödəniş” sisteminin istifadəçilərə yaratdığı digər imkanlardan biri də inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərarlara dair məlumatların vətəndaşlara ödənişsiz olaraq SMS vasitəsilə göndərilməsidir.Yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinə əsasən, İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar vətəndaşların “ASAN ödəniş” portalı üzərindən şəxsi kabinetində yerləşdirilməyənədək vətəndaşdan ödəniş tələb edilə bilməz.Qeyd edək ki, vətəndaşlar ödənişlərini www.asanpay.az portalı üzərindən bank kartları ilə yanaşı, “ASAN ödəniş” terminalları vasitəsilə nağd formada da həyata keçirə bilərlər. Ödəniş terminalları hazırda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında, “SOCAR” yanacaqdoldurma məntəqələrində, cərimə meydançalarında, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv toplaşdığı digər ictimai yerlərdə quraşdırılıb. Terminallar şəbəkəsi gələcəkdə daha da genişləndiriləcək.Daha ətraflı məlumatları www.asanpay.az saytından əldə etmək olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info