Evlərin kirayəyə verilməsi ilə bağlı vergi dərəcəsi artırılmayacaq
Tarix: 08.06.2016 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi son günlər bir sıra kütləvi informasiya vasitələrində nazirliyin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14%-dən 22%-dək artırılması və bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 
Nazirlikdən verilən məlumata görə, qurum əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14%-dən 22%-ə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.
“Vergilər Nazirliyi bildirir ki, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən  Azərbaycanda istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14% dərəcə ilə vergi tutulur. Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, bu kimi həssas məsələlər barədə məlumat yaymazdan əvvəl Vergilər Nazirliyinin rəsmi mövqeyini dəqiqləşdirsinlər”, - deyə məlumatda vurğulanıb .
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info