“Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi təsis edildi
Tarix: 08.06.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” otelində baş tutmuş tanınmış şirkətlərin PR mütəxəssislərinin növbəti toplantısında “Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi təsis edilib.
Bununla bağlı görüşdə “AtaHolding”, “Veysəloğlu”, “Excelsior Hotel Baku”, “Paşa Həyat Sığorta”, “Bakcell”, “ AtaBank”, “Caspian Development Bank”, “Hed Akademi” şirkətlərinin PR menecerləri və “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin rəhbəri iştirak edirdilər. Tədbirdə Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (Azerbaijan Public Relations Association - APRA) təsis edilməsi ilə bağlı məsələlər və gələcəkdə assosiasiyanın qarşısında duran vəzifələr müzakirə olundu.
“Veysəloğlu” Holdinqin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, eyni zamanda APRA-nın sədri İlham Məmmədov bildirdi ki, yeni təsis edilən Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası (Azerbaijan Public Relations Association-APRA) Azərbaycanın PR sahəsinin inkişafına öz töhfəsini verəcək. Assosiasiya beynəlxalq PR assosiasiyalarına da üzv olacaq. İ.Məmmədov həmçinin bildirdi ki, təşkilatın yaradılmasında əsas məqsəd ölkədə İctimaiyyətlə Əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahəsnin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır.
«AtaHolding” Korporativ Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova qeyd etdi ki, PR-menecerləri, PR-agentliyi və biznesin PR-strukturunu peşəkar səviyyədə birləşdirə və fəaliyyətinin koordinatoru ola biləcək assosiasiyanın yaradılması zərurəti çoxdan yetişmişdi. Biz assosiasiyanın qarşıdakı fəaliyyətində uzun müddət ictimai əlaqələr sahəsində topladığımız bilik və təcrübəmizdən istifadə etməyi qərara aldıq.
Nəzərdə tutulub ki, assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsinə kömək edəcək. İctimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin keyfiyyətli artımı üçün şərait yaradacaq.
Assosiasiya üzvlərinin tədrisi məqsədilə onlar üçün müxtəlif kurslar, treninqlər, seminarlar, konfranslar təşkil ediləcək. Bundan başqa, müvafiq hökumət  və qeyri-hökumət təşkilatları, dövri nəşrlər və elektron kütləvi informasiya vasitələri ilə münasibətlər qurulacaq, onlarla əməkdaşlıq və müştərək layihələrin həyata keçirilməsi baş tutacaq.
Bildirilib ki, Azərbaycan İctimai Əlaqələr Assosiasiyasının yaradılması və fəaliyyəti müasir cəmiyyətin mühüm və ayrılmaz hissəsinə – ölkəmizdə ictimaiyyətlə əlaqələrə xidmət edəcək.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info