“Almaniya Bundestaqı türk dünyasına qarşı yanlış bir addım atdı”
Tarix: 08.06.2016 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Salman Umudov: “Türkiyəni gözdən salmaq üçün hər vasitədən istifadə olunur”

Almaniya parlamentinin qondarma erməni soyqırımı qərarını verməsi Türkiyə ilə yanaşı, Azərbaycanda da qınaqla qarşılanıb. Politoloq Salman Umudov da bu qərara sərt reaksiya verərək bildirib ki, Almaniya bu qətnamə ilə türk dünyasına qarşı yanlış bir addım atdı: “Ermənilər Anadolu ərazisində, eləcə də Azərbaycanda saysız soyqırımlar törədiblər. Bunların hamısı hətta Qərb alimləri tərəfindən də tarixi faktlarla sübut olunub. Almaniya tarixi faktları əzib keçərək öz xristian təəssübkeşliyini göstərdi. Bundestaqın bu qərarı işğalçı və separatizmə dəstək anlamına gəlir”.
Salman Umudovun fikrincə, Almaniya Qərbin siyasi məqsədləri naminə qondarma soyqırımını dəstəkləyib: “Bununla Almaniya öz siyasi simasını ortaya qoydu. Prezident İlham Əliyev də Almaniya Bundestaqının bu qərarının siyasi sifariş olduğunu deyib. Azərbaycan ictimaiyyəti olaraq bu qərarı pisləyirik və bu ədalətsizliyin aradan qaldırılmasını tələb edirik”.
Politoloqun sözlərinə görə, bu qətnamənin qəbul edilməsi ilə Qərb Türkiyəyə təzyiq etməyə çalışır: “Qondarma soyqırımı məsələsi ilə Türkiyənin demokratik inkişafının və Qərbə inteqrasiyasının qarşısını almağa çalışırlar. Ötən gün İstanbulda baş verən terror hadisəsi də bu siyasətin davamıdır. Türkiyəni gözdən salmaq üçün hər vasitədən istifadə olunur”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Hərbi xidmətini başa vurmuş gənclərin Kürdəmirdə təntənəli qarşılanması mərasimi keçirilib
25.04.2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
25.04.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25.04.2019
“Bakcell” Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
25.04.2019
Azərbaycanda “İKT-də qızlar“ günü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info