Mingəçevir və Tərtərdə seminar keçirilib
Tarix: 08.06.2016 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Maarifləndirmə xarakterli tədbirlərdə 130-dan artıq region sakini iştirak edib

Regional İnsan Hüquqları və Media Mərkəzi Mingəçevir və Tərtərdə seminar keçirib. Tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» layihəsi çərçivəsində icra olunub.
Seminarda çıxış edən təşkilatın sədri Xalid Kazımov layihənin məqsədi barədə iştirakçılara məlumat verib: “Layihənin məqsədi respublikamızda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) üzrə yeni standarta uyğun açıqlanan illik hesabat məlumatlarının region əhalisinə çatdırılması, MHŞT-nin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün əhalinin maarifləndirilməsi və MHŞT-nin tətbiqi sahəsində vətəndaş cəmiyyəti iştirakçılığının gücləndirilməsidir. Layihə çərçivəsində təşkilat MHŞT-nin mahiyyəti, vətəndaşların MHŞT ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, şirkətlərin sosial məsuliyyəti ilə bağlı məlumatların əks olunduğu buklet hazırlanıb. Eyni zamanda ictimaiyyətin əsas informasiyaları televiziyadan aldığını nəzərə alaraq “Kanal 13” televiziyasında (“Hüquqi işığında” verilişi) maarifləndirmə xarakterli bir veriliş (https://www.youtube.com/watch?v=noulWf6cIdQ&feature=youtu.be://) hazırlanaraq həm də Mingəçevir televiziyasında yayımlanıb. Bu seminarlar da həmin tədbirlərin davamı kimi nəzərdə tutulub. Məqsədimiz həm də region sakinləri ilə birbaşa təmas quraraq onları bu mövzuda maraqlandıran sualları cavablandırmaqdır”.
Təşkilat sədri vurğulayıb ki, təbii ehtiyatlar onlarla zəngin olan ölkələrə rifah və sabitlik gətirməklə yanası, problemlər də yaradır: “Bu da daha çox həmin resurslardan nə dərəcədə səmərəli istifadə etməkdən asılıdır. Bu sahədə ictimai nəzarət hökumətləri ölkəyə məxsus neft və faydalı qazıntı sərvətlərinə görə daha hesabatlı olmağa təşviq edir. Azərbaycan da Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən biridir. Təşəbbüsə qoşulduqdan bir il sonra ölkəmizdə İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası yaradılıb. 2005-ci ildə isə ölkəmiz MHŞT sahəsində ilk hesabatını açıqlayıb. Ötən dövr ərzində isə Mədən sənayesində şəffaflığın təmini istiqamətində addımları davam etdirən Azərbaycan 2009–cu ildə “MHŞT üzrə tam hüquqlu üzv” statusu alıb. 2015-ci ildə Azərbaycanın statusu aşağı salınsa da, ölkəmiz yeni standartın (Sidney 2013) tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlaıb. Hesabatda ilk dəfə olaraq kontekstual məlumatlar, şirkətlər və sazişlər üzrə fərdi açıqlamalar toplanıb. MHŞT üzrə 2014-cü il hesabatı da məlumatların zənginliyi baxımından diqqəti cəlb edir. Eyni zamanda bu hesabatda 2013-cü il hesabatı ilə bağlı QHT koalisiyasının hazırladığı rəydə verilən bir sıra tövsiyyələr nəzərə alınıb. Amma açıqlanan hesabatlar ümumi xarakter daşıdığından onların anlaşıqlı dildə ictimaiyyətə çatdırılması, əhalinin MHŞT ilə bağlı maarifləndirilməsi vacibdir. Bu tədbirimiz həm də respublikamız üçün önəmli bir dövrə təsadüf edir. Belə ki, Azərbaycanın statusunun bərpası üçün Beynəlxalq İdarə Heyəti tərəfindən ölkəmizə təqdim olunan islahedici tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməli idi. Həmin tədbirlərdən biri də əhalinin MHŞT ilə bağlı məlumatlılığının artırılması və vətəndaş cəmiyyəti institutlarının regionlarda da sərbəst şəkildə tədbirlər keçirə bilmək imkanlarına malik olması idi. Artıq bu tədbirlərin bir hissəsi reallaşdırılıb və ümid edirik ki, bu ilin payızında respublikamızın statusu bərpa olunacaq”.
Daha sonra tədbirdə İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Şura üzvü, Çoxtərəfli qrup üzvü Azər Mehtiyev çıxış edib.
Məruzəçi seminar iştirakçılarına MHŞT-nin mahiyyəti, vətəndaşların MHŞT ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, şirkətlərin sosial məsuliyyəti ilə bağlı məlumat verib.
Azərbaycanın neft strategiyası ilə bağlı danışan ekspert ölkəmizin neftdən əldə etdiyi gəlirlər və onların xərclənməsi istiqamətləri ilə bağlı məsələlərə toxunub.
Bu sahədə şəffaflığın təmin olunmasının vacibliyinə vurğulayan Azər Mehtiyev neftlə zəngin ölkələrin bu təbii sərvətlərdən səmərəsiz istifadə etməsi nəticəsində bu gün düşdüyü ağır durumu xatırladıb.
Daha sonra ekspert Azərbaycanın açıqladığı MHŞT hesabatlarında əks olunan məlumatlar, həmin məlumatlardan sadə insanların faydalana bilmək imkanları, bu sahəyə ictimai nəzarətin təmin olunmasında region sakinlərinin rolu barədə iştirakçılara məlumat verib.
Sonda isə seminar iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, Regional İnsan Hüquqları və Media Mərkəzi növbəti seminarları Naftalan və Göygöl rayonlarında keçirəcək.






 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info