“Region gənclərinin inkişafına dəstək” Ağcabədidə
Tarix: 08.06.2016 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Bu gün Ağcabədi rayonunda “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib. Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən Forum Azərbaycan Respublikasının Dövlət Himni ilə öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi Forumda giriş sözü ilə Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova çıxış edib. O, Ağcabədi rayonunda ilk dəfə həyata keçirilən Forumun məqsədi barədə məlumat verib, Azərbaycan həyata keçirilən uğurlu gənclər siyasətinin region gənclərinə təsirindən və nəticələrindən danışıb. Bildirmişdir ki, dövlət hər zaman gənclərimizin inkişafı üçün zəruri tədbirlər görür, müvafiq dövlət proqramları həyata keçirir, onları daima diqqətdə saxlayır. R.Qafarova qeyd etmişdir ki, Forum region gənclərinin problemlərinin öyrənilməsi, mövcud imkanların dəyərləndirilməsi və görülə biləcək işlərin müzakirə edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva çıxış etmiş, rayonda gənclər üçün yaradılmış şərait barədə məlumat verib, gənclərin rayonun ictimai həyatında yaxından iştirak etdiyini diqqətə çatdırıb. O, gənclərin təhsil alması, mənəvi və fiziki tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan imkanları qeyd etmiş, bu istiqamətlərdə silsilə tədbirlərin həyata keçirildiyini bildirib.
“Davos” formatında keçirilən Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbovun da məruzəsi dinlənilib. O.Ərəbov Gənclər Fondunun ölkə ərazisində həyata keçirdiyi fəaliyyət barədə məlumat vermiş, təmsil etdiyi qurumun region gənclərinin təşəbbüskarlığının artırılmasındakı rolu və bu sahədə görülmüş işlər barədə geniş məlumat vermişdir. O, region gənclərini Fondla sıx əməkdaşlığa çağırıb, yaradılmış imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev də məruzəsində yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu və gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına zəngin informasiya verib, onlarla fikir mübadiləsi aparıb.
Daha sonra Forum iştirakçıları öz fikirlərini bölüşüb, onları maraqlandıran suallara cavab tapmışdırlar. İştirakçılar bu cür forumların dövlət-gənclər arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından çox gözəl fürsət olduğunu diqqətə çatdırıblar.
Forum gündəliyə uyğun davam etdirilib.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info