Şura 2016-cı ilin 2-ci maliyyə müsabiqəsinin nəticələrini təsdiq edib
Tarix: 08.06.2016 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, millət vəkili Azay Quliyev gündəliyə Şuranın 2016-cı il 2-ci qrant müsabiqəsinin yekunları, Şuranın Apelyasiya Komissiyasının qərarlarının icrası, Şuranın 04 aprel 2016-cı il tarixli 10 (151) saylı iclasının qərarına müvafiq dəyişikliyin edilməsi barədə, Şuraya təqdim olunan müsabiqədənkənar layihələr barədə, Şuranın 2016-cı il 3-cü qrant müsabiqəsi elanı və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Şuranın 2016-cı il üzrə iş planının müzakirəsi məsələlərinin daxil edilməsini təklif edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəliyin 1-ci məsələsi ilə əlaqədar bildirdi ki, 5 aprel 2016-cı ildə elan olunan və 14 mövzunu əhatə edən 2-ci qrant müsabiqəsinə QHT-lər tərəfindən 295 layihə təklifi daxil oldub. Onlardan 21-i təşkilatın qanuni təmsilçisinin səlahiyyət müddətinin bitməsi, layihə təkliflərinə tələb olunan sənədlərin edilməməsi və digər bu kimi çatışmazlıqlara görə seleksiyadan keçməyib. 274 layihə isə Şura tərəfindən ekspertizaya təqdim edilib. Hər bir layihənin 3 müxtəlif ekspert tərəfindən qiymətləndirildiyini qeyd edən icraçı direktor 123 layihənin keçid balı topladığı üçün maliyələşdirilməsini təklif edib.
F.Qurbanov 2016-cı il 1-ci qrant müsabiqəsində qalib gələn 3 QHT-nin müraciətlərini və müqavilə öhdəliklərini icra edə bilmədiklərini nəzərə alaraq, onların layihələrinin maliyələşdirilməsi haqqında Şuranın qəbul etdiyi qərarın ləğv edilməsi barədə məsələ qaldırıb.
Katibliyin icraçı direktoru 2016-cı il 1-ci qrant müsabiqəsinin nəticələrindən narazı olan və Apellyasiya Komissiyasına müraciət edən QHT-lərdən 8-nin layihəsini maliyələşdirilməsinə Komissiyanın müsbət rəy verdiyini deyib. F.Qurbanov 2016-cı il 3-ci qrant müsabiqəsinin mövzuları haqqında ətraflı məlumat verərək məsələ ilə bağlı müsbət qərar qəbul olunacağı halda Şuranın cari ildə elan etdiyi hər 2 maliyyə müsabiqəsində layihələri keçid balı toplamayan QHT-lərə yeni bir imkan yaradılacağını bildirib.
Katibliyin icraçı direktoru F.Qurbanov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Şuranın 2016-cı il üzrə iş planı haqqında da geniş məlumat verib. F. Qurbanov sənəd üzərində işin davam etdirilməsinin zəruri olduğunu qeyd edib. İclasda həmçinin Apellyasiya Komissiyasının (Emin Həsənli, Sahib Məmmədov, Nərgiz Xələf, Rauf Məcidbəyli, bir QHT və bir jurnalist) yeni tərkibi müəyyən edilib.
Şura üzvləri Şahin İsmayılov, Sahib Məmmədov, Vüsal Quliyev, Rufiz Qonaqov, Emin Həsənli, Əliməmməd Nuriyev və Nərgiz Xələf çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər. İclasın gündəliyində olan bütün məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.
Müsabiqənin nəticələri ilə Şuranın (www.cssn.gov.az; www.qhtxeber.az) saytlarında tanış ola bilərsiniz.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info