ABŞ iqtisadiyyatında böhran yaxınlaşır?
Tarix: 09.06.2016 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Məşhur milyarder Corc Soros aktiv şəkildə qızıla investisiya yatırır. 
"APA-Economics" "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, C. Sorosa məxsus "Soros Fund Management" (fondun sərəncamında Soros ailəsinə məxsus 30 mlrd. dollar var) səhmlərinin bir hissəsini sataraq, əldə olunan vəsaitə qızıl və qızıl hasilatı ilə məşğul olan şirkətlərin səhmlərini alır.
Analitiklər hesab edir ki, C. Sorosun bu addımı olduqca təhlükəlidir. Xatırladaq ki, C. Soros İngiltərə Mərkəzi Bankının "qatili" kimi tarixə düşüb. Görünür, milyarder yenidən birja möhtəkirliyinə əl atıb.
 Bir vaxtlar C. Sorosla işbirliyi edən "Rogers Holdings" şirkətlər qrupunun İdarə Heyətinin sədri Cim Rocers bundan öncə "Bloomberg" agentliyinə bildirib ki, qarşıdan gələn ildə ABŞ iqtisadiyyatında böhran hökm sürəcək. "Artıq bunun bəzi çalarları görünür. ABŞ iqtisadiyyatındakı son böhran 7-8 il ötür. Tarixən bizim iqtisadiyyatımız 4-7 ildən bir böhranla üz-üzə qalır. Səbəblərin heç bir fərqi yoxdur. Təbii ki, böhran hökmən 4-7 ildən bir baş verməməlidir. Lakin siz ABŞ-ın dövlət borcunun həcminə baxın. Bu rəqəm insanı dəhşətə gətirir", - deyə o bildirib.
Maliyyəçi ABŞ-da "maliyyə köpüyü"nün yarana biləcəyini istisna etmir. Bunun üçün qeyri-qənaətbəxş iqtisadi göstəricilərə malik olan ölkələr ABŞ dollarına yatırım etməməlidir. "Unutmayaq ki, bir gün köpük partlaya bilər", - deyə o qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info