Azərbaycan gilası ən çox Rusiyaya ixrac olunur
Tarix: 09.06.2016 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Azərbaycanın xaricə ixrac etdiyi kənd təsərrüfatı məhsulları sırasında gilas önəmli yer tutur. Hazırda bu meyvənin ixrac olunduğu əsas ölkə qonşu Rusiya Federasiyasıdır.Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu bildirirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.Xaçmaz rayonunun Qoçaqlı kəndindən olan sahibkar Həbib Nəbiyev AZƏRTAC-a müsahibəsində son illər rayonda gilas bağlarının sahəsinin xeyli artığını söyləyib. Təsərrüfatçı bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirir.Təsərrüfatçının sözlərinə görə, gilas bağlarının sahələrinin artması ilə yanaşı, daha məhsuldar, bazarda tələbat çox olan sortların yetişdirilməsinə də üstünlük verilir. “Azərbaycanda yetişdirilən gilas həm dadına, həm də keyfiyyətinə görə fərqlənir. Hələ sovet dövründə respublikamızda yetişdirilən gilas bütün ittifaq respublikalarına ixrac olunurdu. Ölkəmizin müstəqilliyinin ilk illərində kəndimizdə yetişdirilən gilası hətta Skandinaviya ölkələrinə də aparırdıq. Uzaq məsafəyə aparılsa da, meyvənin keyfiyyəti olduğu kimi qalırdı. Bu ənənəni indi də davam etdirmək olar. Hazırda Avropa ölkələrində təbii yolla yetişdirilən, ekoloji təmiz məhsullara tələbat daha çoxdur”.Hazırda təkcə Qoçaqlı kəndində min hektara yaxın gilas bağı var. Burada yaşayan əhalinin əsas gəlir mənbəyi də bu bağlarda yetişdirilən meyvədən əldə olunur.
İyun ayı gilas yığımının ən qızğın çağıdır. Hazırda Xaçmaz rayonunda gilasın “Krım” və “Romanovka” sortları yığılır. Məhsul topdansatış qiymətinə birbaşa bağda satılır. Qiymətlər gilasın növünə və keyfiyyətinə görə dəyişir. Ən ucuz gilasın bir kiloqramı alıcılara 1.50 qəpiyə, seçilmiş məhsul isə 3-4 manata təklif olunur.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info