Fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 3 256 158 nəfərə çatıb
Tarix: 09.06.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Son bir ayda onların sayında artım 16 001 nəfər təşkil edib

Ölkəmizin müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olan fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların öz gələcək etibarlı pensiya təminatında fəal iştirakını, onların bu məqsədlə fərdi hesablarında pensiya kapitalı toplamalarını stimullaşdırır.
Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artmaqda davam edir. Cari ilin may ayında bu artım 16 001 nəfər, yanvar-may aylarında isə 76 004 nəfər təşkil edib və fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 256 158 nəfərə çatıb.
Sığortaolunanlar arasında 30 yaşa qədər olanlar 673 795 nəfər (20.7 faiz), 30-40 yaşlarında olanlar 821 854 nəfər (25.2 faiz), 40-50 yaşlarında olanlar 656 482 nəfər (20.1 faiz), 50-60 yaşlarında olanlar 689 168 nəfər (21.2 faiz) təşkil edir. Qalan sığortaolunanlar isə 60 yaşdan yuxarı olan şəxslərdir.
Hər bir sığortaolunan vətəndaş onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə etmək və öz pensiya kapitalına, eləcə də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə mütəmadi şəkildə nəzarət etmək imkanına da malikdir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti əhalinin istifadəsindədir.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info