Türkiyə Almaniyaya cavab tədbirləri hazırlayır
Tarix: 09.06.2016 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


“Deutsche Welle” (“Alman dalğası”) agentliyi xəbər verir ki, Almaniya Bundestaqı Osmanlı İmperiyasında ermənilərin qondarma soyqırımı haqqında qətnamə qəbul edəndən sonra Türkiyə AFR-ə qarşı cavab tədbirləri hazırlayır. Agentlik Ankarada jurnalistlər qarşısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Kalının “Səlahiyyətli orqanlar, ilk növbədə Xarici İşlər Nazirliyi fəaliyyət planı hazırlayır” sözlərini sitat gətirib.İ.Kalının sözlərinə görə, təklif edilən “tədbirlər” baxılması üçün Türkiyə Baş nazirinə və Prezidentinə təqdim ediləcək və yalnız bundan sonra onların təfərrüatı açıqlanacaq.“Bild” qəzeti Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bundestaqın türk əsilli 11 deputatına qarşı Türkiyədə azı üç məhkəmə iddiası hazırlanır. İddianın ikisini Türkiyə polisinin həmkarlar ittifaqı, üçüncüsünü Türkiyə Hüquqşünaslar Birliyi hazırlayır. Yeri gəlmişkən, hüquqşünaslar artıq ərizə ilə prokurorluğa müraciət ediblər.Türkiyə mətbuatı bu günlərdə məlumat yayıb ki, 1904-1905-ci illərdə herrero və namaqva xalqlarının qırğınının soyqırımı aktı kimi tanınması haqqında qərar qəbul ediləcəyi istisna olunmur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info