Günəş və su elektrik stansiyaları Naxçıvanın enerji təminatında önəmli yer tutur
Tarix: 09.06.2016 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Ötən ay muxtar respublikanın enerji təminatında əsas yeri Günəş və su elektrik stansiyaları tutub. Belə ki, ay ərzində elektrik şəbəkələrinə buraxılan enerjinin 82,7 faizi su elektrik stansiyalarında, 7,6 faizi isə Günəş elektrik stansiyasında istehsal olunub.AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən elektrik stansiyalarında, yüksək və aşağıgərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb.Bu dövrdə Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində görülən işlər də davam etdirilib. Belə ki, muxtar respublikanın şəhər və kəndlərində 3 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb, 4,5 kilometr uzunluğunda elektrik verilişi xətti çəkilib, 1 kilometr uzunluğunda hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilib, Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 8 transformator təmir olunub.Naxçıvan şəhərində smart tipli sayğacların qoyulması işləri davam etdirilib, 430 ədəd belə sayğac quraşdırılıb. Bundan başqa, muxtar respublikada elektrik enerjisindən sayğacdankənar istifadənin qarşısının alınması diqqətdə saxlanılıb, yaşayış məntəqələrində mütəmadi olaraq reydlər keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
17.01.2019
“AtaSığorta” Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info