Avropaya yola salınan kimsəsiz uşaqların faciəsi
Tarix: 09.06.2016 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“The Guardian”: “Döyülmə, zorlanmadan tutmuş, insanların Aralıq dənizində boğulması və “İŞİD”in əlinə keçməsinə qədər şahidlik edən uşaqların ifadələri çox ciddi faciələrdən xəbər verir”


Ölkələri qan çanağına və dəhşətlər yuvasına dönmüş Suriya, Liviya, Əfqanıstan və digər ölkələrdən olan uşaqların müxtəlif ölkələrə, xüsusən dəAvropaya üz tutmaları hələ də davam edir. Valideynləri və yetkin qohumları tərəfindən müşahidə edilməyən bu cür kimsəsiz uşaqlar isə ölkələrində çəkdikləri az imiş kimi, yollarda da dəhşətli zorakılıqlara və işgəncələrə məruz qalırlar.
“Avropaya yola salınan kimsəsiz uşaqlar yolda müdafiəsiz qaldıqlarına görə ağır məhrumiyyətlərə düçar olurlar, zərər çəkirlər”. Bu barədə “The Guardian” yazır. Qeyd edilir ki, Human Rights Watch təşkilatının 9-17 yaşlı 50 qaçqın uşaq arasında keçirdiyi sorğunun nəticələri həmin uşaqlarda yolboyu aldıqları ağır travmaları üzə çıxarıb. Onlar həbs, zorlanma və döyülmələrdən danışıblar. Məsələn, qeyd edilir ki, İsveçə yola düşən, kimsə tərəfindən müşahidə edilməyən uşaqlar dəhşətli dərəcədə zərər çəkiblər, onlar çox acınacaqlı sui-istifadələrə məruz qalıblar. Qeyd edək ki, sorğu, əsasən, Əfqanıstan, Eritreya, Suriya və digər ölkələrdən olan uşaqlar arasında keçirilib: “İsveç ötən il 35 min kimsəsiz uşağı qəbul edib. Bu ölkə kimsəsiz uşaqlar üçün ən populyar destinasiya olaraq tanınır”. Human Rights Watch bildirib ki, o, araşdırmanı, “Avropaya qaçan uşaqların ehtiyaclarını və məhrumiyyətlərini daha yaxşı anlamaq üçün” keçirib.
Döyülmə, zorlanmadan tutmuş, insanların Aralıq dənizində boğulması və “İŞİD”in əlinə keçməsinə qədər şahidlik edən uşaqların ifadələri çox ciddi faciələrdən xəbər verir. Əfqanıstandan olan Nadya adlı qız insan qaçaqmalçıları tərəfindən dəfələrlə zorlandığını bildirib. Suriyadan olan 16 yaşlı Kərəm isə “İŞİD” tərəfindən 5 ay əsir edilib və başqalarına verilən dəhşətli işgəncələrə, ölüm səhnələrinə baxmağa məcbur edilib. Əfqanıstandan olan bir neçə uşaq isə Talibandan və digər silahlı qruplaşmalardan qaçdıqlarını bildiriblər. Uşaqların çoxu isə Avropaya səyahət edərkən işgəncə və zorakılıqlara məruz qaldıqlarını bildiriblər. Somalidən olan 13 yaşlı Abroon qeyd edib ki, Liviya hakimiyyət qurumları tərəfindən yolda həbs edilib və başından metal çubuqla zərbələr alıb. Aralıq dənizində kütləvi sayda boğulmaları müşahidə etməli olan Rəsul adlı əfqan oğlan deyib ki, dəhşətli şəkildə qorxub və indi də gözlərinə qarabasmalar, görünür, batanların ah-naləsini eşidir.
Qeyd edilir ki, sorğuya cəlb edilən uşaqlardan 37 nəfəri Əfqanıstan, 4 nəfəri Eritreya, 4 nəfəri Suriya, 3 nəfəri Somali, 2 nəfəri İraq, 2 nəfəri Efiopiya, 1 nəfəri isəYəməndən olub. Onların 9 nəfəri qız olub. O da bildirilir ki, İsveçdə olmalarına baxmayaraq, yolboyu zorlamalara və digər zorakılıqlara məruz qalan uşaqlara, xüsusən qız uşaqlarına hələ ki normal tibbi və psixoloji müayinələr edilməyib. Bundan başqa, o da üzə çıxıb ki, onların saxlanma yerləri, şəraitləri və qorunmaları ilə bağlı problemlər və narahatlıqlar var.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info