Azərbaycan Dövlət Aqrar Universitetində ECDL sertifikatının təqdimetmə mərasimi keçirilib
Tarix: 09.06.2016 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetində beynəlxalq ECDL sertifikatı təqdimetmə mərasimi keçirilmişdir. Mərasimi açılış sözü ilə ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açmışdır. Sonra Qafqaz Universitetinin (QU) Xarici əlaqələr şöbəsinin müdiri, ECDL Azərbaycan təşkilatının koordinatoru Üzeyir Bağırov ECDL sertifikatının faydaları haqqında məlumat vermişdır. Daha sonra ADAU-nun ECDL Təlim və Test Mərkəzinin koordinatoru Etibar Verdiyev ENOTES layihə çərçivəsində görülmüş işlər haqqında qısa məruzə edib. Mərasimdə ECDL sertifikat proqramı üzrə təşkil olunmuş test prosesini uğurla keçmiş 75 iştirakçı beynəlxalq ECDL sertifikat ilə təltif edilib. Təltif edilənlərin 16 nəfəri müəllim, 15 nəfəri tədris-köməkçi heyət üzvü və 44 nəfəri isə tələbə olmuşdur. Müəllimlərdən 2 nəfər (E.Verdiyev, A.Masimov) ilk dəfə regionda Avroda imtahan verərək bu sertifikatla təltif edilmişdir. Qaliblərdən 16 nəfər tələbə və 1 nəfər müəllim Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə Regional Kolleci və Gəncə Tibb Kollecindən olub.
Mərasimdə Etibar Verdiyev layihədəki səmərəli fəaliyyətinə görə QU-nun Təşəkkürnaməsi ilə təltif edimişdir. Layihə iştirakçıları Cavad Hacıyev, Urfan Tağıyev, Mehdi Hüseynov, Mahil Məmmədov, Afiq Məsimov, Zaman Zeynalov və Gəncə şəhərində fəaliyyət göstərən digər universitet və kolleclərin tələbələri ECDL Azərbaycan təşkilatının hədiyyələri ilə təltif edilib.
Mərasimin sonunda qaliblərin şərəfinə çay ziyafəti təşkil olunub.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info