Voleybolçularımız üçün şans
Tarix: 10.06.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Bu gün qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində II dövrəyə start veriləcək. B qrupunda yer alan Azərbaycan yığması son 3 matçına Fransada çıxacaq. Renn şəhərində baş tutacaq oyunlarda voleybolçularımızı ciddi sınağın gözlədiyini demək olar.
Çünki ilk dövrədə zəif təsir bağışlayan ev sahibləri doğma divarlar arasında bunun əvəzini çıxmağa çalışacaqlar. Həmçinin, artıq rəqiblər millimizin oyununu öyrəndiyindən ciddi müqavimət göstərəcəyi gözləniləndi. Lakin Faiq Qarayevin yetirmələrinə mərhələ adlamaq üçün IV turda 3 xal da kifayət edəcək. Çünki voleybolçularımız ən yaxın izləyiciləri Monteneqro ilə üz-üzə gələcək və 2 set uduzmayacağı halda, onlarla xal fərqini 7-yə çatdıracaq. Bu səbəbdən də son 2 turun nəticəsindən asılı olmayaraq, komandamız əlçatmaz olacaq. İspaniya və Fransa ilə görüşlərdə isə gənc voleybolçulara şans verib, təcrübələrini artırmaq üçün gözəl şans yaranacaq. Qeyd edək ki, yığmamız yarımfinala çıxacağı halda, tarixində ilk yaşanacaq. Çünki 2014-cü ildə Avropa Liqasında debüt edən komandamız həmin vaxt qrupda ikinci yeri tutsa da, yarımfinal oyunları keçirilmədiyindən mübarizəni dayandırmışdı.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info