Cüdoçularımız beynəlxalq turnirin qalibi olub
Tarix: 10.06.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


1999-2001-ci il təvəllüdlü oğlan və qızlar arasında Həzi Aslanovun xatirəsinə həsr edilmiş XXVIII beynəlxalq cüdo turniri keçirilib. Təhsil Nazirliyindən bildiriblər ki, 10 ölkədən 357 idmançının iştirak etdiyi turnirdə bu qurumun 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM) 38 cüdoçu ilə təmsil olunub.
Yarışda idman məktəbinin çüdoçuları dörd qızıl, bir gümüş və iki bürünc medal qazanaraq birinci yerə layiq görülüblər. Murad Abışov 46 kiloqram, Cəfər Əkbərli 90 kiloqram, Mehdi Zeynalov 55 kiloqram və Diana Şoranova 70 kiloqram çəkidə qızıl, Sabir İsmayılov 66 kiloqram çəkidə gümüş, Nigar Hacıramazanova 40 kiloqram və Paşa Əliyev 73 kiloqram çəki dərəcəsində bürünc medalla turniri başa vurublar. Ümumi komanda hesabında birinci yeri Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Macarıstan cüdoçuları tutublar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info