Fransa senatı Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qətnamə qəbul edib
Tarix: 10.06.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Fransa parlamentinin yuxarı palatası olan senat səs çoxluğu ilə Moskvaya qarşı sanksiyaların mərhələlərlə aradan qaldırılmasına çağırış edən qətnamə qəbul edib. Senat üzvlərinin 302 nəfəri qətnamənin lehinə, 16 nəfəri isə əleyhinə olub. Bir müddət bundan əvvəl parlamentin aşağı palatası da oxşar qətnaməyə səs vermişdi. Lakin bütün bunlara baxmayaraq, millət vəkillərinin bu qərarı son dərəcə mühüm siyasi işarə olsa da, ölkə prezidenti Olland üçün məcburi deyil.
“Bizim Rusiya ilə əlaqələrimiz fundamental əhəmiyyət kəsb edir”- deyə layihə müəlliflərindən biri, Parisdən olan senator İv Posso di Borqo bildirib. Layihə üzrə məruzəçi, iqtisadçı Robert de Pikkia qeyd edib ki, Rusiyaya qarşı qadağalar Ukrayna münaqişəsi fonunda qəbul edilib: “Lakin bu günə qədər də effekt verməyib. Belə ki, belə bir addımın Avropa tərəfindən atılması yararsız və uğursuz bir addım kimi dəyərləndirilməlidir. Lakin reallıq budur ki, bu qadağalardan digər Avropa ölkələri kimi, Fransa iqtisadiyyatı da çox əziyyət çəkir. Bu sanksiyalar ölkə iqtisadiyyatına böyük zərərlər hesabına başa gəlib”. Onun sözlərinə görə, qadağalar beynəlxalq məsələlərin həllində ayrılmaz tərəfdaş ölkə olan Rusiya ilə normal dialoqun bərpasına mane olur. Fransanın keçmiş baş naziri, hazırda senatın nüfuzlu üzvlərindən biri olan Jan-Pyer Raffaren deyib ki, Fransanın gələcəyini Rusiya ilə dialoq olmadan təsəvvür etmək mümkün deyil: “Ona görə də Rusiyaya qarşı tətbiq qadağaların əleyhinəyəm”. Fransa senatının qətnaməsi tövsiyə xarakteri daşıyır və ölkə prezidentinin bu qətnaməyə müsbət rəy verəcəyi inandırıcı deyil. Ekspert Yevgeni Obiçkin “RİA Novosti”yə deyib ki, belə bir qətnamənin qəbul edilməsi ictimai rəyin göstəricisi kimi qəbul edilə bilər: “Millət vəkillərinin əksəriyyəti tərəfindən dəstəklənən qətnamə konstitusiyaya görə imperativ xarakteri daşımır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info