“İctimai nəzarəti gücləndirməyə çalışacağıq”
Tarix: 10.06.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Rasim Məmmədov: “Ən vacib məsələ insanların maariflənməsi, öz hüquq və qanunlarını bilməsidir”
“İctimai iştirakçılıq haqqında” qanuna əsasən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları yanında İctimai şuralar yaradılmalıdır. Amma indiyə kimi çox az qurumlarda İctimai şuralar yaradılıb. Nəzərə çatdıraq ki, İctimai şuralar ictimai nəzarəti həyata keçirən strukturdur. Bu strukturun formalaşma sürətinin belə zəif olmasının əsas səbəbi cəmiyyətdə bu sahədə maariflənmənin az olmasıdır. Elə İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovla da söhbətimiz bu mövzuda oldu.

- İctimai Nəzarət Koalisiyası hansı zərurətdən yaradılıb?
- Cəmiyyətdə hər zaman ictimai nəzarət olub. Sadəcə, bu, rəsmi qaydada fəaliyyət göstərməyib. Bildiyiniz kimi, cənab Prezident 2015-ci ilin 23 sentyabrında açıq şəkildə çıxış edərək ictimai nəzarətin güclü olmasının vacibliyini qeyd etdi, həmçinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimaiyyəti aktivliyə çağırdı. Bu, Prezident tərəfindən ümumxalq çağırışı idi. Əlbəttə ki, 2003-cü ildə Sabitlik və İnkişaf Mərkəzini təsis edən vətəndaş cəmiyyəti, 2015-ci il oktyabrın 1-də toplaşaraq İctimai Nəzarət Koalisiyasını yaratdı. İlk olaraq 11 təşkilat bizim çağırışa qoşuldu. 11 təşkilat Sabitlik və İnkişaf Mərkəzinin bazasında birləşərək koalisiya yaratdı. Bu koalisiyanın niyyət protokolu imzalandı. Eyni zamanda koalisiyanın fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
Biz cənab Prezidentin dediyi fikirlərə arxalanaraq fəaliyyət göstəririk. Biz koalisiyasının e-poçt (inkoalisiya@gmail.com) ünvanı və “Facebook” səhifəsini yaratdıq. İcra strukturlarında baş verən bütün xoşagəlməzlikləri ifşa etməyə başladıq. Çünki bu gün yaranan kiçik problem, məsələn, 5 il sonrası üçün böyük təhlükələrə yol aça bilər. Hər bir ailənin normal həyat tərzi keçirməsi üçün aidiyyəti dövlət qurumları mütləq onları nəzarətdə saxlamalıdır.
- İctimai nəzarətlə bağlı maarifləndirmə işinin aparılmasına nə dərəcədə ehtiyac var?
-Əlbəttə, buna çox ehtiyac var. Biz maarifləndirmə işini aparırıq. Ən vacib məsələ insanların maariflənməsi, öz hüquq və qanunlarını bilməsidir. İkinci növbədə insanlarla sıx təmasda olmaq, görüşlər keçirmək lazımdır. Vətəndaşlarla virtual əlaqə qurmaq, onların problemlərini dinləmək lazımdır. Eyni zamanda məmurların maariflənməsi lazımdır ki, sadə insanları yaxına buraxsınlar. Həmçinin cəmiyyətdə inam olmalı, bir ictimai çağırış gəlməlidir. Ölkədə qurultay və beynəlxalq konfransların keçirilməsi də ictimai aktivliyin, ictimai nəzarətin güclənməsinə gətirib çıxarır. Bilirsiz, təbliğat ən böyük silahdır. Ona görə də cəmiyyət arasında təbliğat aparılmalıdır. Bizm də işimiz bundan ibarətdir. İctimai nəzarətin nə olduğunu cəmiyyət tam bilmir. Elə qurumlar var ki, onlar İctimai şuralar yaratmalıdırlar, amma hələ yaratmayıblar. Bu da qanuna bir hörmətsizlikdir. Prezidentin sözü qətidir. Biz bir vətəndaş cəmiyyəti olaraq Prezidentin cağırışına, tövsiyəsinə bu cür reaksiya veririk.
-İctimai şuraların fəaliyyətinin monitorinqini İctimai Nəzarət Koalisiyası olaraq apara bilərsizmi?
- Əlbəttə, apara bilərik. Biz hər gün müşahidə, araşdırma və monitorinq aparırıq. Bütün bunları keçəndən sonra hanısa orqanda olan qüsur və noqsanları onlara yazırıq. 15 gün ərzində bizim keçirdiyimiz monitorinqlə bağlı öz fikirlərini yazmadıqları halda, bunu mediada işıqlandırırıq.
İctimai Şura və Apelyasiya şuralarının yaradılması sonda ictimai nəzarətə xidmət edir. Amma bu şuraların yaradılması, strukturun formalaşdırılmasında şəffaflıq təmin olunmalıdır. Bu məsələdə kiminsə spekulyasiya etməsinə yol vermək olmaz. Bu gün hər bir insan fikirləşməlidir ki, dövlət, xalq üçün nə etməlidir. “Dövlətim mənə nə edəcək?” düşüncəsi absurd bir düşüncədir. Azərbaycanda gözəl şərait var. İstənilən biznesi qurmaq üçün rahat iqtisadi mühit yaradılıb. İnsanlarda həvəs, istedad olmalıdır. İnsanlar öz hüquqlarını bilmək üçün maariflənməlidir. Belə olduqda onlar qarşılaşdıqları bir çox problemləri özləri həll edə bilərlər.
-İctimai nəzarəti aktivləşdirmək üçün hər hansı təklifləriniz varmı?
- Qarşıda bizim bir konfrans-qurultayımız var. Eyni zamanda ictimai nəzarət mexanizmlərinin daha da güclü olması üçün xüsusi təkliflərimiz olacaq. Yaxın üç ay ərzində biz ictimai nəzarət məsələsini gündəmdə saxlayıb insanlarda inam yaratmaqla dövlətə öz təkliflərimizi mütləq şəkildə verəcəyik.
-“İctimai nəzarət haqqında” yeni qanun layihəsinin qəbulu ictimai nəzarətin aparılması üçün hansı yeni imkanlar açacaq?
- Bu ilin əvvəlində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında ictimai nəzarətin mexanizmləri və qanunlarının işlənib hazırlanması ilə bağlı müzakirələr gedirdi. Mən də ora dəvət olunaraq 17 bənddən ibarət 7 fəaliyyət istiqaməti olan qərar layihəsini müzakirə etdik. Mən orada da dedim ki, bu gün cənab Prezident zəif, kağız üzərində qalan ictimai nəzarəti istəmir. Dövlət başçısı real iş görən vətəndaş cəmiyyəti istəyir. Mən bildirdim ki, bu qanuna əlavələr edilməlidir. Milli Məclisdə müzakirə olunan bu qərarın güclü şəkildə qəbul olmasına ümid edirik. Bütün verilən sərəncam və fərmanların həyata keçməsi üçün ictimai nəzarət, ictimai qınaq güclü olmalıdır. Yəni ictimai nəzarət hər bir fəaliyyətdə olmalıdır. İctimai nəzarəti aparan qurum heç bir şeyə biganə qalmamalıdır.
-Perspektiv planlarınız nədən ibarətdir?
- İctimai Nəzarət Koalisiyasının perspektiv planları təşkilatlanma ilə bağlıdır. Biz maksimum dərəcədə fəaliyyət göstəririk ki, digər təşkilatlar da bu koalisiyaya üzv olsunlar. Hazırda koalisiyaya 24 təşkilat üzvdür. Lakin biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. Yəni bizim təşkilatın giriş qapısı dəmirdir, çıxış qapısı isə açıqdır. Cəsarətsiz insanlar burada yer ala bilməz. Biz konkret olaraq, dəyərli, sədaqətli və tamahsız QHT rəhbərlərini dəvət edirik. Ətrafda olan insanların problemlərinın həlli ilə bağlı fədakarlıq edən təşkilatları bura cəmləşdiririk. İnanıram ki, bundan sonra da İctimai Nəzarət Koalisiyasının sıralarına nüfuzlu insanları, təşkilat rəhbərlərini, haqlı insanları toplayaraq yaxın vaxtlarda bütün metod və vasitələrdən istifadə edib-ictimai nəzarəti gücləndirməyə çalışacağıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info