Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisinə başlanıb
Tarix: 10.06.2016 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi işləri aparılır. 
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, tikintisi aparılan yolun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib. Layihəyə uyğun olaraq sözügedən yolun hərəkət hissəsinin eni 9 m, hərəkət zolaqlarının eni 3,75 m, çiyinlərin eni 3 m, torpaq yatağının eni isə 15 m-dir. Yolda eninə maillik hərəkət hissəsində 2%, çiyinlərdə isə 4%-dir. 
Əsasın alt layı – optimal çınqıl qarışığı, qalınlığı 24 sm, əsasın üst layı optimal qırmadaş qarışığı, qalınlığı 16 sm və asfalt-beton örtük 3 laydan ibarət qalınlığı 25 sm olmaqla yol geyiminin konstruksiyasının qalınlığı 65 sm təşkil edir. 
Layihəyə uyğun olaraq yolun 1,68 km-də Bolqar çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 m olan avtomobil körpüsü inşa edilib. Bundan başqa 7 yerdə ümumi uzunluğu 170 m olan  dairəvi boru, 3 yerdə  düzbucaqlı ümumi uzunluğu 73 m olan boru, 2 yerdə  ümumi uzunluğu 47 m olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib. 
Layihə çərçivəsində nəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə 30 işıq dirəyi, 186 ədəd yol təhlükəsizlik dirəkləri, 94 ədəd müxtəlif yol nişanları və 4500 p/m metal əyrixətli təhlükəsizlik sədləri də quraşdırılacaq. 
Sözügedən yolun tikintisində məqsəd, M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə, R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir. Eyni zamanda bu yol vasitəsi ilə 10 mindən artıq əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də nəqliyyat xidməti təmin ediləcək. 
Qeyd edək ki, hal-hazırda bu yaşayış məntəqələrinə nəqliyyatın hərəkəti ancaq Biləsuvar şəhərinin daxili yolları vasitəsi ilə təşkil olunub.  
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info