Azərbaycanın valyuta ehtiyatları 360 milyon dollar artıb
Tarix: 10.06.2016 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


May ayının sonuna olan göstəriciyə əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin ölkənin ümumi beynəlxalq valyuta ehtiyatlarında payı 89%-ə çatıb. 
Buna səbəb 2015-ci ildən etibarən (azalma tendensiyası 2016-cı ilin əvvəlində davam edib) Mərkəzi Bankın sərəncamında olan ehtiyatların azalmasıdır. 
Hazırda mütləq ifadədə Azərbaycanın 39,08 mlrd. dollar həcmində beynəlxalq valyuta ehtiyatları var ki, bu göstəriciyə görə, Şərqi Avropa vəMDB ölkələri arasında ölkəmiz 6-cı yeri tutur.
Birinci yeri 387,7 mlrd. dollarlıq beynəlxalq valyuta ehtiyatına malik olan Rusiya tutur. İkinci yeri Polşa (108 mlrd. dollar), üçüncü yeri Qazaxıstan (94,29 mlrd. dollar), dördüncü yeri Çexiya (75,08 mlrd. dollar) və beşinci yeri Rumıniya (40,48 mlrd. dollar) tuturlar. 
Maraq üçün qeyd edək ki, qonşumuz olan Gürcüstanın 2,569 mlrd. dollar, Ermənistanın isə 1,532 mlrd. dollar həcmində beynəlxalq valyuta ehtiyatı var. 
2015-ci ilin avqust ayının 1-dən etibarən beynəlxalq valyuta ehtiyatlarının adambaşına düşən payına görə, Şərqi Avropa və MDB ölkələri arasında Çexiya birinci yerdədir - adambaşına 7110 dollar. İkinci yerdə əhalisinin adambaşına 5305 dollar düşən Qazaxıstandır. Di gəl ki, Qazaxıstan MDBölkələri arasında liderliyini qoruyur. İndiyədək ikinci yerdə qərarlaşan Azərbaycan (adambaşına 4005 dollar) hazırda üçüncülüklə kifayətlənmək məcburiyyətindədir. Müvafiq olaraq, Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yerdədir. Dördüncü və beşinci yeri Xorvatiya (3520) və Bolqarıstan (3400) tutur.
 May ayı ərzində nominal ifadədə 8 ölkənin ehtiyatı artıb, 9-da isə azalma müşahidə olunub. Ən çox artım Polşa və Azərbaycanda olub. Ötən ay ərzində Azərbaycanın beynəlxalq valyuta ehtiyatları 360 mln. dollar artıb. Bu göstərici üzrə də Azərbaycan MDB ölkələri arasında liderliyini qoruyub. Maraq üçün qeyd edək ki, Polşada isə artım daha ciddi olub - 3,01 mlrd. dollar. 
Beləliklə, Azərbaycanda may ərzində beynəlxalq valyuta ehtiyatlarının adambaşına düşən payı da artıb. Polşada bu artım 80 dollar olduğu halda, Azərbaycanda 35 dollar təşkil edib. 
Qeyd edək ki, Azərbaycanın beynəlxalq valyuta ehtiyatları 2014-cü ildə maksimum səviyyəyə çatıb. Həmin dövrdə ehtiyatlarımız 52,79 mlrd. dollara çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info